Ramil Şeydayev "Dinamo"da debüt etdi

Moskva "Dinamo"suna yenicə transfer olunan Ramil Şeydayev Moskva klubunun heyətində debüt edib.

SİA xəbər verir ki, milli komandamızın hücumçusu paytaxt təmsilçisinin Çexiya "Sparta"sı ilə matçında meydana çıxıb. Fasilədən sonra oyuna girən Şeydayev sona qədər oynayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, Ramil "Dinamo" dünən ilə 1 illik müqavilə bağlayıb.

sia.az