Siyasət

  • 4 527

Gündüz İsmayılov: İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səsləyir

image

«Dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin mühüm rolu var». Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səsləyir.
«Prezident İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməklə İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdi. Bu gün respublikamızda da dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir»- deyə, komitə sədrinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər