Siyasət

  • 4 969

Rasim Musabəyov: Azərbaycana qarşı qarayaxma kampaniyası aparan ermənipərəst qüvvələr istəklərinə nail ola bilməyəcəklər

image

Bəzi qüvvələr Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparırlar. Dövlətimizə və onun rəhbərliyinə böhtan atmağa çalışanlar ermənipərəst qüvvələrdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.
Rasim Musabəyov deyib ki, “Vaşinqton Post” qəzetində Azərbaycanla bağlı qərəzli yazıların dərc olunması ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Azərbaycanın müstəqil, qətiyyətli mövqeyi bəzi qüvvələri qane etmir. Ona görə də bu cür çirkin üsullarla dövlətimizə qarşı addımlar atılır, qərəzli yazılar dərc olunur. Amma həmin məkrli dairələr bilməlidirlər ki, heç zaman öz istəklərinə nail ola bilməyəcəklər.

yap.org.az

Digər xəbərlər