Siyasət

  • 4 367

YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir

image

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir. Festivalda 150 ölkədən 30 minə qədər gənc iştirak edir. Festivalda müzakirə olunan mövzular iqtisadiyyat, siyasət, beynalxalq təhlükəsizlik, mədəniyyət və müxtəlif elm sahələrini əhatə edir.

Sözügedən festivala Rusiya artıq 3-cu dəfə ev sahibliyi edir. Rəsmi açılışda Rusiya Federativ Respublikasının Prezidenti Vladimir Putin gəncləri salamlayaraq, festivalın işinə uğurlar arzulayıb. Festival çərçivəsində aparılan müzakirələrdə Rusiyanın xarici işlər naziri Serqey Lavrov gənclərlə görüşmüş, onları maraqlandıran sualları cavablandırmışdır. Hər sahəyə aid görkəmli şəxslər öz təcrubələrini gənclərlə bölüşüblər.
18 oktyabr Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar olaraq, Azərbaycan nümayəndə heyəti müxtəlif proqramlar təşkil etmişdir. Bu təşəbbüs digər ölkələrin nümayəndələri tərəfindən çox maraqla qarşılanmışdır.
Festival davam edir.

yap.org.az

Digər xəbərlər