Siyasət

  • 5 716

"AzerGold" YAP-ın 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirib

image

"AzerGold" QSC-nin 100-ə yaxın əməkdaşı Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində növbəti ağacəkmə aksiyasında 200-dən çox ağac əkib. Tədbir Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar həyata keçirilən "Hərəyə bir ağac əkək" kampaniyasının təşəbbüsünə dəstək olaraq baş tutub.QSC-nin mətbuat xidmətindən bildiriblər ki, tədbirin əsas məqsədi respublika üzrə həyata keçirilməkdə olan irimiqyaslı yaşıllaşdırılma işlərinə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.İl ərzində Çovdar filiz emal sahəsində həyata keçirilmiş ağacəkmə tədbirləri çərçivəsində, ümumilikdə 10 hektardan çox ərazi yaşıllaşdırılıb, 6 mindən artıq ağac və kol əkilib. Korporativ sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, yerli əhaliyə dəstək cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki, son bir ayda qızıl mədəninin yerləşdiyi sahədə aparılan iməcilik zamanı 3000-dən artıq ot bağlaması, həmçinin 90 kubmetr budanmış ağac qırıntıları toplanıb, heyvandarlıq və təsərrüfatda istifadə üçün ehtiyacı olan kəndlilərə, yaxın ərazilərdə yerləşən məktəblərə bağışlanıb.Qeyd edək ki, "AzerGold" QSC cari ilin əvvəlindən etibarən Çovdar filiz emalı sahəsində qızıl və gümüş hasilatı ilə məşğuldur. Mədəndə çalışan 157 nəfər işçinin 90 faizi, eyni zamanda, mədənin fəaliyyətinin təşkili üçün cəmiyyət tərəfindən cəlb olunan podratçı və subpodratçı şirkətlərdə çalışan 500 nəfərə yaxın işçinin böyük əksəriyyəti Daşkəsən və yaxın rayonları təmsil edir.

sia.az

Digər xəbərlər