Siyasət

  • 6 855

Müasir və modernləşən Azərbaycan dünyanın hər qitəsindən görünür

image

İslam, dəyərlərə ehtiramla yanaşan, multikulturalizm və tolerantlıq nümunəsi ilə diqqətdə olan Azərbaycan dünyəvi və iqtisadi cəhətdən inkişaf edən dövlət kimi beynəlxalq miqyasda tanınır. Həyata keçirdiyi islahatlar, iqtisadi sahədə əldə edilən nailiyyətlər, ölkədəki daxili siyasi sabitliyin təmin olunması, əhalinin sosial rifahının və həyat şəraitinin yüksəlməsi ölkəmizin real mənzərəsinin açıq şəkildə təqdimidir. Azərbaycanın əldə etdiyi uğurlardan dünyanın müxtəlif ölkələrində dərc olunan mətbu orqanlarında, internet potallarında və televizyalarında bəhs edilir. Bir-birinin ardınca silsilə şəkildə təqdim olunan materiallarda Azərbaycanın 21-ci yüzilliyinin yüksəlişi dünya xalqlarının böyük marağına səbəb olur. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğu, iqtisadi inkşafı, regionun lider ölkəsinə çevrilməsi, Azərbaycan müsəlman ölkəsi kimi xalqlar arasında mədəniyyətlərarası dialoqu tam dəstəkləməsi dünya mətbuatının əsas səhifələrində əksini tapır.

Dərc olunan məqalələrdə, Azərbaycanın müstəqil dövlət olaraq, bütün demokratik-hüquqi dövlət normalarına uyğun addım atdığı vurğulanır. Bu gün Azərbaycan gənc demokratik ölkədir və möhkəm vətəndaş cəmiyyətinin yaradılması ideyalarına sadiqdir. Bu baxımdan, Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər təqdirəlayiqdir. Məqalə müəllifləri Azərbaycan haqqında fikirlərini bölüşərkən, ölkəmizin iqtisadi inkişafını, siyasi sabitliyin hökm sürməsinin göstərməklə yanaşı, onun dünyada artan nüfuzunu da qeyd edirlər. Bu məqalələrin yazılmasına səbəb təbii ki, kifayət qədər amillərin olmasıdır.
Bu uğur və yüksəlişlə bərabər, Azərbaycan gözəl təbiəti və turizm poensialı da diqqəti cəlb edir. Buranın qeyri-adi mənzərəsi, coğrafi relyefi, tarixi və adət-ənənələri ölkəmizə müxtəlif məqsədlə səfər edən qonaqları valeh edir. Hazırlanan materiallarda Azərbaycanın bu və ya digər mənzərəsi diqqətə çəkilir, yerli əhalidə ölkəmiz haqqında təsəvvürlər yaranır. Bir çox dünya KİV-ləri kimi Hollandiyanın nüfuzlu "Max" Televiziya Kanalında hazırlanan verilişdə ölkəmizin görməli yerləri, tarixi abidələri və adət-ənənələri geniş işıqlandırılmışdı. Səyahətə Bakıdan başlayan hollandiyalı jurnalist Azərbaycanın görməli yerlərini gəzərək, ölkəmizin gözəlliklərini hollandiyalı tamaşaçılara çatdırmışdı. Odlar Yurdunun Hollandiyadan 2 dəfə böyük olduğunu və buranın əsrarəngiz təbiətinin, onu heyrətə gətirdiyini gizlətməyərək, Bakının gecə mənzərəsini, xüsusilə, bəyənən aparıcı paytaxtımızı dünyanın məşhur şəhərləri ilə müqayisə etmişdir. Hollandiyalı jurnalist qədimliklə müasirliyin vəhdətini yaradan Şirvanşahlar Sarayının gözəlliklərindən, Qız Qalasının tarixindən, Bibiheybət məscidindən yazmaqla kifayətlənməmişdir. Verilişin müəllifi Jan Slagter Azərbaycanın səfalı guşələri olan İsmayıllı, Qəbələ, Şəki və Qubaya yola düşərək, regionlarımız haqqında da Hollandiya tamaşaçılarına məlumat vermişdir. O, Lahıcda sənətkarlıq, Qəbələdə çay dəstgahının hazırlanma qaydası, Şəkidə Xan Sarayı haqqında məlumatları da əldə etmiş və hollandiyalı tamaşaçılarını çatdırmışdır. Bu günlərdə isə Fransanın "LaCroix" portalında Azərbaycanla bağlı yazılan məqalədə ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, o cümlədən, burada mövcud olan xristian kilsələrindən söhbət açılır. Müəllifi Pola Buaye olan məqalədə Quba rayonunun Xınalıq və Qırız kəndlərinin dünyada ən yüksək yaşayış məskənlərindən bir olduğu diqqətə çatdırılır. "Burada ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələrini görmək mümkündür", - yazan müəllif təbiəti ilə seçilən bir məkana münasibətini ifadə edir. Göllər, bulaq suyu və qar hesabına yaranmış Xınalıqda ağcaqayın ağacından ibarət meşəliklər vardır. Xınalıq və onun ətrafındakı dağlarda subalp çəmənlərinə xas olan zəngin dərman bitkiləri bitir. Kəndin ətrafında çoxlu sayda bulaqlar və mağaralar var ki, bu da hər kəsin diqqətini çəkir.
Ölkəmizin qədim tarixi abidələrindən bəhs edilən məqalədə müəllif ölkəmizin bir çox yerlərinə səyahət edir. Şəki və Qəbələdəki Alban məbədləri barədə məlumat verir, Şəki xanlarının sarayının nadir memarlıq incilərindən biri olduğunu vurğulayır.
Müəllif Azərbaycanın məşhur şəbəkə sənətindən də söhbət açaraq, bildirir ki, bu qədim sənət Şəkidə hələ də qorunub- saxlanılır. Bu sənəti yaşadanlardan biri Hüseyn Hacımustafazadə ilə söhbətində Pola Buaye məlumat verir ki, şəbəkə üslubunda hazırlanmış məhsullar dünyanın müxtəlif ölkələrindən sifariş olunur.
Müasir və modernləşən Azərbaycanın hər bir regionun inkişafı, paytaxtla rayonlar arasındakı fərqlərin aradan götürülməsi diqqətdən kənarda qalmadığı kimi, tarixi abidəri də məxsusiliyi ilə seçildiyindən, ölkəmizə gələnlərin diqqətini çəkir. Əlbəttə ki, bu məqalələr ölkəmizin həm də nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində, ölkəmiz beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirir və beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Azərbaycan sivil ölkə kimi beynəlxalq nüfuz və yüksək imic sahibidir. Təbii ki, bu nailiyyət ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizə göstərilən etimad, beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadi uğurlar, dinamik inkişaf və digər amillər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu müəyyənləşdirib. Azərbaycanın bu inkişafı və real mənzərəsi dünyanın nüfuzlu ölkələrinin diqqətindən belə yayınmır. Müxtəlif ölkələrin dövrü mətbuatında dərc olunan məqalələr Azərbaycanın möhtəşəmliyindən, onun inkişaf tempindən və digər amillərdən söz açır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər