Siyasət

  • 6 923

"2018-ci ilin “AXC ili" élan edilməsi tarixi keçmişimizə olan münasibətdir" ŞƏRH

image

“Azərbaycan Prezidenti tərəfindən 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili" élan edilməsi ömür kitabımıza yazılan tarixi məqamdır”. Bunu SİA-ya açıqlamasında tarixçi alim, Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.Ötən ilin “İslam Həmrəyliyi”, 2016-cı ilin “Multikulturalizm ili” olduğunu xatırladan deputat bildirib ki, bunun hər biri böyük məna və mahiyyət kəsb edir: “Belə ki, ötən ilin “İslam Həmrəyli ili”nin elan edilməsi dünya islam dəyərlərinin gündəmə gəlməsi, onlar arasındakı birliyə, münasibətlərə xeyli təsir etmiş oldu”.F.İbrahimlinin sözlərinə görə, 2018-ci ilin Cümhuriyyət ili élan olunması Cümhuriyyətin tarixinə, cümhuriyyət liderlərinin həyatına, tərcümeyi-halına, onların yaratdığı dövlətə göstərilən diqqətin nümunəsidir: “Bu addım tarixi keçmişimizə olan münasibətdir. Bugünkü Azərbaycan Cümhuriyyətin varisidir. Məhz bu ilin Cümhuriyyət ili élan olunması ata-balarımızın keçidiyi tarixi yola, ən əsası isə dövlətə və dövlətçiliyə münasibətin göstəricisidir”.Tarixçi alim qeyd edib ki, bu günkü Azərbaycan Cümhiriyyət liderlərinin yaratdığı dövlətin bir növ davamıdır: “Biz varisik. Cari ilin "AXC ili" élan edilməsi eyni zamanda o yolda qurban gedən şəhidlərimizin ruhuna etiramdır. Bu baxımdan bu addımı yüksək qiymətləndirir, güman edirəm ki, Cümhuriyyətlə bağlı müstəqillik dövründə əldə edilən bütün elmi uğurlardan daha yüksək uğurlar əldə olunacaq, bu tarixin daha yaxşı öyrənilməsinə,o dövrün liderlərinin hər kəs tərəfindən dərindən tanınmasına rəvac verəcək”.

sia.az

Digər xəbərlər