Siyasət

  • 1 135

Münasibətlər yeni mərhələdə

image

Azərbaycan və Rusiya prezidentlərinin cari ilin 22 aprel tarixindəki görüşü iki dövlət arasında mövcud qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu bir daha göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin qonşu ölkəyə səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasın¬da iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir.

Hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar.
Bu il yanvar ayının 22-də imzalanan “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdi¬rilməsinə əlverişli zəmin yaradır.
Hazırda iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı regionda sabitlik və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyorlarından biridir. Azərbaycan-Rusiya hö¬kumətləri arasında sərbəst ticarət, hava nəqliyyatı, elektroenergetika sahələrində əməkdaşlıq, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur.
Ölkələrimiz arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin reallaşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.
Rusiya və Azərbaycan arasında turizm imkanları da davamlı olaraq genişlənib. Rəsmi məlumatlara əsasən, ötən il Rusiyadan respublikamıza 625 mindən çox turist səfər edib. Qısa müddət ərzin¬də Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər hə¬ata keçirilib.
Qeyd edək ki, iki ölkə arasında müşa¬hidə olunan bütün bu uğurların təməlində, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Yeri gəlmişkən, dahi şəx¬siyyət istər 1969-1982-ci illərdə Azərbay¬cana uğurla rəhbərlik etdiyi illərdə, istərsə də 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçiləndən və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndən sonra ölkələrimiz arasında münasibət¬lərin möhkəmlənməsini daim diqqətdə saxlayıb, dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşmasında yorulmaz səy göstərib.50 illiyi qeyd olunan dövrün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə adını Azərbaycan-Rusiya dostluq tarixinə qızıl hərflərlə yazdırıb.
Xatırladaq ki, BAM magistralı ilə ildə, təx¬minən, 180 milyon ton yük daşınıb. Ru¬siyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqələri məhz BAM vasitəsi ilə qurulub. Rusiya ekspertlərinin bildirdiklərinə görə, 2030-cu ilədək BAM-in daha 3,5 min kilometr uzadılacağı, yeni stansiyaların tikiləcəyi nəzərdə tutulub.
Bu gün Azərbaycan Ulu öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya növbəti işgüzar səfəri böyük əhəmiyyət daşıyır.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər