Siyasət

  • 4 711

“Fransa Azərbaycanın mühüm tərəfdaşlarından biridir” ŞƏRH

image

“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 16-17 yanvar tarixlərində Fransa Respublikasında işgüzar səfərdədir. Səfər çərçivəsində Elmar Məmmədyarovun YUNESKO-nun yeni seçilmiş baş katibi ilə görüşü nəzərdə tutulub”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.Onun sözlərinə görə, YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq ölkəmizin xarici siyasətində, mədəni diplomatiya siyasətimizdə mühüm əhəmiyyət kəsb edir: “YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Məhz bu müstəvidə YUNESKO-Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi yeni təyin olunmuş baş katiblə müzakirə olunacaq. Bununla bərabər XİN rəhbəri Elmar Məmmədyarovun Fransadan olan həmkarları, Fransanın Avropa və xarici işlər naziri, dövlət katibi, Fransa prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Fransanın təhsil naziri, Fransa parlamentinin nümayəndə heyəti və Azərbaycanla dostluq qrupunun rəhbərləri ilə görüşü nəzərdə tutulub. Fransa Avropa İttifaqında Azərbaycanın mühüm tərəfdaşlarından biridir.İkitərəfli əsasda ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Azərbaycanda fransız dilinə xüsusi qayğı göstərilir və fransız dilinin inkişafı istiqamətində addımlar atılır. Fransanın şirkətləri Azərbaycanın neft, qeyri-neft sektorunda yaxından təmsil olunurlar. Həmçinin gündəlikdə iki ölkənin əlaqələrinin inkişafı ilə bağlı olan digər məsələlər də vardır ki, bu görüşdə müzakirə olunacaq”.

sia.az.

Digər xəbərlər