Siyasət

  • 2 433

Aİ-nin ali nümayəndəsi XİN başçısı ilə görüşəcək

image

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini fevralın 9-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. SİA-nın verdiyi məlumata görə, görüş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası çərçivəsində keçiriləcək.Tərəflər bir sıra məsələləri, o cümlədən Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivlərini, energetika sahəsində əməkdaşlığı və s. müzakirə etməyi planlaşdırırlar.

sia.az

Digər xəbərlər