Siyasət

  • 8 800

“Əli Kərimli mitinq üçün ən murdar adamlardan istifadə edir” MÖVQE

image

“Radikal müxalifət, xüsusən də Əli Kərimli 10 mart mitinqinə çox adamın qatılması üçün ən iyrənc adamlardan istifadə edir və murdar təxribatlara əl atır”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, Əli Kərimli bütün fəaliyyətini ağlasığmayan işlərə yönəldib: “Sosial şəbəkələrdə gecə-gündüz cəmiyyət üçün neqativ, mənəviyyatdan uzaq “hadisələrə” cəlb edib, daha çox mitinqə adam gətirmək istəyirlər. Bu gün Avropaya qaçıb gedən bir sıra mənəviyyatı pozğun adamlardan xarici qüvvələr istifadə etməkdədir. Kənardan bu adamların eyni mərkəzdən idarə olunduğu açıq-aydın görünür. Ailə tərbiyəsi olmayan 3-4 adam hər gün başqa bir formada Azərbaycan dövlətinə, Azərbaycanın rəsmi şəxslərinə, tanınmış siyasətçilərinə axır formada təhqirlər edirlər. Baş vermiş hadisəni dərhal Əli Kərimli, Xədicə İsmayıl və onların nəzarətində olan şəxslər kampaniyaya çevirirlər.Son bir neçə gündə Azərbaycanda faciəvi şəkildə dünyasını dəyişmiş insanların ölümünü belə Əli Kərimli siyasiləşdirməyə cəhd edir. Baş vermiş hadisəni yayır və sonda hər kəsi 10 mart mitinqinə dəvət edir. Yəni, konkret olaraq Kərimli mitinqə adamların daha çox gəlməsi üçün ən yaramaz təxribatlara əl atır. Digər tərəfdən, bu gün cəmiyyət radikalların dəfələrlə birgə mitinq keçirməsinin şahidi olub. Çox zəif, sönük bir aksiya keçiriblər. Ən yaxşı halda 3000-5000 nəfər mitinqə qatılanlar olub. Bu adamlar da partiya mənsubiyyəti olanlar, onların yaxın qohumları, mitinqi mühafizə edən şəxslərdir. Xalq 20 ildən artıqdır ki, radikal müxalifətə dəstək vermir. Səbəb aparılan siyasətlə bağlıdır. Dünən mətbuatda məlumat yayıldı ki, Cəmil Həsənlinin birgə mitinq çağrışına REAL hərəkatı rədd cavabı verib. Çünki bilirlər ki, Cəmil Həsənli öz maraqlarına xidmət edən adamdır. Deputat olduğu dövrdə İlham Əliyevə yaltaqlanmaq üçün kitablar yazırdı”.

sia.az

Digər xəbərlər