Siyasət

  • 2 698

YAP-ın Nəsimi rayon təşkilatının gəncləri prezident seçkilərinə həsr edilmiş “ İLHAMLA İRƏLİ” açıq hava mitinqi keçirib

image

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının gəncləri 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikasının prezidentinin seçkilərinə həsr edilmiş “ İLHAMLA İRƏLİ” açıq hava mitinqi keçirmişdir.

Tədbirdə 1500-dən çox gənc iştirak edirdi. Gənclər bu tədbirdə qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə İLHAMLA İRƏLİ səslənərək, 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində ümumxalq namizədi olan, möhtərəm prezident cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış etdilər.
Musiqili-əyləncəli proqramla davam edən bu təbliğat tədbirində gənclər öz liderlərinə sevgi, etimad və inamlarının rəmzi kimi canlı , açıq havada İLHAMLA İRƏLİ flaşmobunu hazırladılar.

yap.org.az

Digər xəbərlər