Siyasət

  • 3 868

İrəvanda qanlı toqquşmalar qaçılmazdır

image

Artıq bir həftəyə yaxındır ki, Ermənistanın paytaxtı İrəvan şəhərində keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz əlaməti olaraq bir qrup müxalifət tərəfdarının başladığı qarşıdurmalar geniş vüsət almaqdadır. Hökumət binalarının paytaxtda blokadaya alınmasının ardınca ölkənin yaxın-uzaq bölgələrində də etiraz aksiyaları başlanıb. İri şəhərlərdə etirazçılarla polis qüvvələri arasında toqquşma barədə xəbərlər gəlməkdədir. Bu gün isə paytaxt İrəvanda keçirilən aksiyalar zamanı 20 nəfər saxlanılıb. Bu barədə İrəvan polisi məlumat yayıb.Hakimiyyət aksiya iştirakçılarına qarşı xüsusi təyinatlı dəstələr göndərib. Aksiya iştirakçılarına qarşı xüsusi təyinatlı dəstələrin zor tətbiq etdiyi yayılan videolarda da əksini tapıb.

sia.az

Digər xəbərlər