Siyasət

  • 5 199

“Fərman itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirəcək”

image

“Azərbaycan Prezidentin imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman təqdirəlayiq bir haldır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, cənab Prezidentimiz İlham Əliyevin imzaladığı bu fərman göstərir ki, qarşıdakı illərdə dövlətimizin sosial siyasətinin ana xəttini dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda edərək şəhid olmuş insanların və itki düşmüş şəxslərin ailələrinin qayığlarının yüngülləşdirilməsi təşkil edəcəkdir: “Bu fərman eyni zamanda Vətənimizin müdafiəsi uğrunda qətiyyətli mübarizənin ön yerdə olacağından da xəbər verir”.Qeyd edək ki, Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.

sia.az

Digər xəbərlər