Tələbələr də Sarkisyana etiraz edir

Ermənistanda baş verən etiraz aksiysına tələbələr də qoşulub. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından başlayaraq İrəvan Dövlət Universitetinin tələbələri ali məktəbin əsas binasının qarşısında etiraz aksiyası keçirirlər. Aksiyaya tələbə heyəti ilə yanaşı, müəllimlər də qoşulub.Qeyd edək ki, hazırda etiraz aksiyaları İrəvanın müxtəlif ərazilərində davam etməkdədir.Xatırladaq ki, Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına qarşı etiraz edən 3 deputat saxlanılıb.

sia.az