Siyasət

  • 7 112

ADNSU-da AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir

image

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 16 may 2017-ci il tarixində imzaladığı Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ölkəmizin hər yerində geniş şəkildə qeyd olunur. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində da Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə ki, məlum Sərəncamdan irəli gələrək, ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb.Növbəti tədbir universitetin Qaz, Neft, Mədən fakültəsinin birinci kursunda təşkil olunmuşdu. İctimai fənlər kafedrasının müdiri Camal Mustafayev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi bu kafedraya həvalə olunub: "Bu günə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Tədbirlər Planına əsasən, dəyirmi masalar, açıq dərslər, müzakirələr və s keçirilib. Bugünkü tədbirimiz də həmin tədbirlərin davamıdır. Bu yaxınlarda isə universitetdə Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək".İctimai fənlər kafedrasının baş müəllimi Sevda Yusifova dərs zamanı tələbələrə Şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərdiyini bildirərək, bir çox sahələrdə həyata keçirdiyi islahatlardan danışdı. Qeyd etdi ki, Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.Tələbələrdən Kamran Vəliyev və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixidən və ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasının qoyduğunu bildirdilər.

sia.az

Digər xəbərlər