Siyasət

  • 5 213

Şahin Camalov: “"Meydan" TV Azərbaycan əleyhinə fəaliyyət göstərən pozucu qurumlardandır” AÇIQLAMA

image

“Biz vətəndaş cəmiyyəti olaraq sözügedən şəxslər arasında bu cür qırğının başlayacağını çoxdan gözləyirdik”. Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.Onun sözlərinə görə, çünki heç bir iş ilə məşğul olmayan insanların yardım adı altında və yaxud da ermənipərəst qüvvələrindən aldıqları ianələr hesabına əldə etdikləri milyonlar və gəlirlərlə bağlı, təbii ki, nə zamansa aralarında bu cür mübahisələrin düşəcəyi gözlənilən bir hal idi: “Bir sözlə, zəhmətsiz əldə olunan ayrı-ayrı qüvvələrin Azərbaycana qarşı istifadə verdiyi o məbləğlər, milyonlar ya hədindən artıq çoxdur - bölüşdürə bilmirlər, ya da kimlərsə o məbləğlərin böyük bir hissəsini əldə etmək istəyir və bu səbəbdən də, digərləri arasında belə qırğın gedir. Düşünürəm ki, adıçəkilən bu şəxslər bir-birlərini qırsalar, yaxşıdır. Çünki maliyyələr "Meydan" TV-yə və digər Azərbaycan əleyhinə fəaliyyət göstərən pozucu qurumlara ayrılır. Həmin çirkli pullardan mühacir adı altında Avropada gizlənmiş ünsürlər də bəhrələnirlər. Ancaq başqa dövlətlərin maraqlarına xidmət edən insanlara ayrılan bu pullar, düşünürəm ki, elə onların sonunu da gətirməlidir”.

sia.az

Digər xəbərlər