Siyasət

  • 4 549

Ramin Məmmədov: YAP Gənclər Birliyi beynəlxalq əlaqələrini genişləndirir və bu istiqamətdə uğurlar qazanır

image

“Azərbaycanda mövcud olan demokratik mühit, siyasi plüralizm, siyasi partiyaların geniş fəaliyyəti, vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətlər beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağını daha da artırır. Bu mənada, Yeni Azərbaycan Partiyasının hakim partiya olaraq ölkəmizin inkişafında yaxından iştirak etməsi, Azərbaycanın uğurlarını həm ölkə ictimaiyyətinə çatdırmaq və dünyada təqdim etmək baxımından xüsusi rolu var”. Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, YAP-ın geniş beynəlxalq əlaqələri mövcuddur və bu əlaqələr ölkəmizin beynəlxalq imicinin güclənməsi üçün vacib rol oynayır. Hazırda YAP bir sıra beynəlxalq təşkilatların üzvüdür, həm də bir çox ölkələrin siyasi partiyaları ilə çox sıx münasibətlərə malikdir. Təbii ki, bu amil partiyamızın beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq artmasına müsbət təsir göstərir.
“Partiya rəhbərliyinin dəstəyi ilə YAP Gənclər Birliyi də beynəlxalq əlaqələrini genişləndirir, bu istiqamətdə uğurlar qazanır. YAP Gənclər Birliyi neçə illərdir ki, beynəlxalq gənclər təşkilatları, ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edir. Biz gənclərlə bağlı olan beynəlxalq təşkilatlara üzv olmağa çalışırıq. İndiyə qədər Gənclər Birliyinin təşəbbüsü ilə ölkəmizdə və xaricdə müxtəlif layihələr həyata keçirilib və bu proses davam etməkdədir. Son illər ərzində Azərbaycan gəncliyi bu sahədə müxtəlif uğurlar əldə edib və partiyamızın Gənclər Birliyi də bundan kənarda qalmayıb. Qeyd edim ki, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri iki istiqamətdə davam edir. Bunlardan biri beynəlxalq gənclər təşkilatları ilə əlaqələrin qurulması və genişləndirilməsi, digəri isə ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə ikitərəfli əlaqələrin qurulmasıdır. Biz bir sıra təşkilatlar və partiyaların gənclər qolları ilə əməkdaşlıq haqqında sənəd imzalamışıq. Belə ki, həm Avropa, həm də Asiyada bir neçə təşkilatla fəal əməkdaşlıq edirik. Biz həmin təşkilatların bəzilərinin üzvüyük, bəzilərilə isə gələcək platformalarda əməkdaşlıqla bağlı ilkin razılıq əldə etmişik”-deyə, R.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər