Siyasət

  • 4 282

Siyavuş Novruzov SİA-nın kollektivini yubiley münasibətilə təbrik edib ÖZƏL-MÜNASİBƏT

image

"“Səs” İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə bütün kollektivi təbrik edirəm, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, bu gün artıq SƏS Media Qrupun tərkibində “Səs” İnformasiya Agentliyi, “Səs” internet televiziyası fəaliyyət göstərir: “Hesab edirəm ki, “Səs” İnformasiya Agentliyi 10 illik fəaliyyəti dövründə özünün ən əsas və vacib məqsədinə çatıb, oxucuların informasiya tələbatını ödəyə bilib və bu gün də öz yolunu davam etdirir. Yeni Azərbaycan Partiyasının bütün tədbirləri, o cümlədən cənab Prezidentimizin apardığı siyasət, ölkəmizdə baş verən hadisələr “Səs” İnformasiya Agentliyinin saytında çox geniş şəkildə işıqlandırılır. Mən bir daha ölkəmizin media məkanında özünəməxsus yeri olan SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyevi və bütün əməkdaşları ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram”.

sia.az

Digər xəbərlər