Siyasət

  • 5 910

Bəhruz Quliyev: "Əsrin müqaviləsi” XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi" MÖVQE-ÖZƏL

image

“1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. “Əsrin müqaviləsi”nin həyata keçirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür”. Bu fikirləri SİA-ya açıqlamasında "SƏS" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.Sənədin Azərbaycanın çətin dövründə imzalandığını dilə gətirən siyasi ekspert bildirib ki, “Əsrin müqaviləsi” ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etmək üçün geniş imkanlar yaratdı: “Bildiyiniz kimi 90-cı illərin əvvəllərində ölkədə xaos hökm sürür, iqtisadiyyatımız yox səviyyəsində, büdcəmiz tamamilə boş, ölkəmizin gələcəyi sual altında idi. Lakin bu sənəd Azərbaycanda iqtisadi xaotik proseslərin, xüsusilə tüğyan edən inflyasiyanı cilovladı, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin etdi. Artıq bundan sonra dünya Azərbaycanı müstəqil dövlət kimi qəbul etməyə başladı. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi”.B. Quliyev qeyd edib ki, mühüm neft strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi: “Təbii ki bütün bunlar asan başa gəlmədi. Həmin dövrdə xarici qüvvələr tərəfindən ölkəmizə qarşı təhdidlər edir, hətta bir neçə dəfə dövlət çevrilişinə cəhd etməklə bu layihənin reallaşmasına mane olmağa çalışdılar. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası reallaşdı və Azərbaycan beynəlxalq ictimaiyyətə müstəqil dövlət olaraq təqdim edildi”.“Əsrin müqaviləsi”ndən sonra Azərbaycan neftinin ilk olaraq Bakı-Novorossiysk kəməri, Bakı-Supsa marşrutu ilə nəql edildiyini deyən B. Quliyev vurğulayıb ki, daha sonra Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin inşası nəticəsində Azərbaycan nefti tezliklə dünya bazarlarına çıxmağa başladı: “Əsrin müqaviləsi” ilə başlanan işlər bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən iri layihələrdə öz əskini tapıb ”.“SƏS” Media Qrupun rəhbəri qeyd edib ki, “Əsrin müqaviləsi” təkcə ölkəmizin iqtisadi inkişafına deyil, siyasi, geosiyasi, təhlükəsizlik və digər sahələrin inkişafına böyük töhfə verib: “Bu müqavilənin imzalanması müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə Ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi səmərələrdir. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, Azərbaycanda əsas məqsəd neftdən gələn gəlirləri Azərbaycan xalqının gələcək rifahına yönəltməkdir. “Əsrin müqaviləsi” Azərbaycana neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltmək imkanı yaradıb ki, bu respublikamız bir çox neft hasil edən ölkələrdən fərqli olaraq, nefti insan kapitalına çevirə bilən dövlət imicini qoruyub saxlayacaq ”.Siyasi ekspert əlavə edib ki, “Əsrin müqaviləsi” sayəsində Azərbaycana gələn gəlirlər elm, təhsil, səhiyyə və digər sahələrin inkişafına yönəldilib: “Görülən işlərin nəticəsidir ki, bu gün ölkəmiz nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən “ASAN Xidmət” kimi əqli məhsullar ixrac edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ötən dövrdə uğurla həyata keçirilən milli neft siyasəti hələ uzun illər bundan sonra da dövlətimizin güclənməsinə, xalqımızın rifahına və mədəni intibaha xidmət edəcək, sabitlik və inkişaf təmin olunacaq”.

sia.az

Digər xəbərlər