Siyasət

  • 3 848

Kamran Nəbizadə: Konstantin Zatulinin son bəyanatı Rusiya-Azərbaycan münaibətlərinin ruhuna ziddir

image

"Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Ölkəmiz bütün dövlətlərlə, xüsusilə işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Onun sözlərinə görə, belə olan halda Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin son bəyanatı münaibətlərimizin ruhuna ziddir.
“Bu bəyanat Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlə doludur. Bu ermənipərəst bir insanın bəyanatıdır. Belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki deputatların çıxışlarına bəzən bizi sevməyən qüvvələr rəsmi don geyindirmək istəyir. Bizim Rusiya ilə münasibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq. İki ölkənin münasibətlərin münasibətlərinə zidd fikirlər bildirilməməlidir”-deyə, K.Nəbizadə vurğulayıb.

yap.org.az

Digər xəbərlər