Siyasət

  • 4 304

ABŞ-ın sabiq dövlət katibi: "Ermənistan anarxiya şəraitindədir"

image

"Ermənistan anarxiya yəni, dövlət hakimiyyətinin olmaması səbəbindən qanunsuzluq və ya siyasi qarışıqlıq şəraitindədir. Ermənistanın institusional parçalanması Avropa və Qafqaz üçün ciddi nəticələrə səbəb ola bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın keçmiş səfiri, sabiq dövlət katibi Adam Ereli "Washington Times" qəzetində yazır.Müəllif qeyd edir ki, cari ilin mayın 8-də hakimiyyətə gələn Nikol Paşinyan İrəvanın mərkəzi meydanına təxminən 250 min tərəfdar yığaraq onun baş nazir namizədliyini rədd edən parlament seçkilərinə etiraz etmək üçün təhdid metodundan istifadə edərək tətil etdi: "İzdihamın təzyiqi altında, 105 deputat mandatından yalnız 9-nu tutmasına baxmayaraq, məclis həmin gün Paşinyana səs verdi.Vəzifəsinin icrasına başlayan Paşinyan özünü "xalqın namizədi" adlandıraraq Ermənistanın sistematik məhv və ləğvinə başladı. Paşinyan hakimiyyətinin 100 günlük müddəti ilə bağlı tərəfdaşlarına təqdim etdiyi hesabatda bidirdi ki, Ermənistanda heç bir koalisiya hökuməti və parlamentdə çoxluq yoxdur və ölkə hakimiyyəti xalqa məxsusdur. Hətta onu tənqid edənlərə xəbərdarlıq edən Paşinyan " özünüzə gəlin və xalqı qəzəbləndirməyin" dedi".Yazıya əsasən, erməni küçələri Paşinyan üçün hesabat və qanunun aliliyinə üstünlük verdiyi vasitəyə çevrilib. Onun hədəfi dövlət qurumları, ədliyyə sistemi və parlament idi: "O, son parlament seçkilərini "qeyri-qanuni" elan eedərək növbəti seçilərin bir il sonra keçiriləcəyini vəd etdi. Lakin oktyabrın 2-də məclis erkən seçkilərin keçirilməsi məsələsinə müqavimət göstərsə də, Paşinyan yenidən tərəfdarlarını küçələrə çağırdı. Paşinyan Ermənistanın məhkəmə sistemini ləğv edərək və onun hakimiyyətin istəklərinə xidmət edən imtiyazlı insanlar sistemi olduğunu göstərdi".ABŞ-ın sabiq dövlət katibi yazıda vurğulayıb ki, Paşinyan Ermənistanda quldur taksikasına üstünlük verir: "Öz məhkəmə və təhlükəsizlik xidmətlərindən mafiya kimi istifadə edir. Bunun bir müddət öncə təhlükəsizlik xidmətlərinin səs yazısından açıq aşkar görmək mümkündür. Söhbətdən hakimiyyətin məhkəmə sisteminə göstərdiyi məlum olur. Paşinyan məhkəmələrə göstəriş verməyəcəyi ilə bağlı vəd versə də baş verənlər bunun əskini sübut etdi. Tanınmış erməni siyasi müşahidəçisi Gevorg Harutyunyanın bildirib ki, əsas məsələ, müsbət işarələr olmadığı halda, inqilabçı Nikol Paşinyanın baş nazir ola biləcəyi məsələdir".

sia.az

Digər xəbərlər