Siyasət

  • 4 162

"Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir" DƏYİRMİ MASA

image

YAP Pirallahı rayon təşkilatının “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında bu mövzuda tədbir keçirilib

Oktyabrın 15-də 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı dəyirmi masa keçirib.Tədbiri giriş nitqi ilə açıq elan edən "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev qeyd edib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə etdi. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzünə uğrayaraq, soyqırım və etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı: “Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi rəhbərin yürütdüyü müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi”.Sonra tədbirdə Neft Daşları NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov və rəis müavini Rüstəm İsmayılov çıxış edərək, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan gərginliyin zəngin dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişinədək davam etdiyini bildiriblər. “Məhz Ümummilli Liderin müdrik rəhbərliyi ilə müstəqilliyimiz qorunub saxlanıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu, suveren dövlət kimi beynəlxalq aləmdə özünə layiqli yer tutdu”, deyə vurğulanan fikirlərdə o da qeyd olunub ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.Daha sonra tədbir iştirakçıları diskusiya şəklində müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.

sia.az

Digər xəbərlər