Siyasət

  • 4 128

"Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir" ÖZƏL-ŞƏRH

image

“Ermənistanda baş verən proseslər Rusiya tərəfindən də inamsızlıqla, böyük şübhə ilə qarşılanır”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.Onun sözlərinə görə, Ermənistanın blokada şəraitində qalması, onun Azərbaycana qarşı təcavüzkar müharibə və onun doğurduğu nəticələrdən imtina edənə qədər davam edəcək, iki dövlət arasında münasibətlər normallaşmayacaq: “Çünki düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasəti, ölkəmizə qarşı həyata keçirmək niyyətində olduğu məkrli və hiyləgər planları ilə bağlıdır. Ermənistan başa düşməlidir ki, regionda həyata keçirilən enerji layihələrinə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir.Bütün bunlar erməni cəmiyyətində də ciddi narahatlıq yaradır. Onlar anlayırlar ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin siyasi iflasını daha da sürətləndirib. Artıq ermənilər başa düşürlər ki, cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət Nikol Paşinyanın reallıqlara deyil, manipulyasiyaya söykənən avantürist siyasəti Ermənistanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qoya bilər.Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır. Əks təqdirdə Ermənistan regionda mövcud olan bütün qlobal layihələrdən kənarda qalmaqda davam edəck. Bu da bir dövlət kimi onun məhvinə səbəb olacaq”.

yap.org.az

Digər xəbərlər