Siyasət

  • 3 232

“Minsk qrupunun tərkibinin dəyişdirilməsi prosesi gözlənilmir"

image

“Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində hansısa irəliləyiş hiss olunmur. Çünki Ermənistanda qeyri-müəyyənlikdir. İşğalçı ölkədə parlament seçkiləri keçiriləcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, Ermənistanda hakimiyyət məsələsi müəyyənləşməyənə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda hansısa ciddi dəyişiklik gözləmirəm. ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı proses də gözlənilmir. Çox təəssüf ki, Minsk qrupu həmsədr ölkələri Ermənistandan hüququn aliliyini tələb etməlidirlər. Təəssüflər olsun ki, təcavüzkar dövlətə qarşı hər hansı sanksiya olmadığına görə onlar danışıqların imitasiyasını hansısa formada davam etdirəcəklər. Hesab edirəm ki, dünya ictimaiyyəti tərəfindən də bu prosesə ciddi diqqət yoxdur. Ona görə də çalışmaq lazımdır ki, bütün beynəlxalq təşkilatlarda bu münaqişə gündəmə gətirilsin və onlardan hüququn aliliyini, eləcə də beynəlxalq hüquq normalarını müdafiəsini tələb etmək lazımdır”.

sia.az

Digər xəbərlər