Siyasət

  • 3 883

"2018 Azərbaycan-Rusiya münasibətləri tarixində dinamik il olub" ÖZƏL-ŞƏRH

image

“Həqiqətən də 2018-ci il Azərbaycan-Rusiya münasibətləri tarixində çoxməzmunlu və dinamik il olub. Həm də əvvəlki illərlə müqayisədə bu ildə daha əhəmiyyəti hadisələr, görüşlər, müzakirələr, razılaşmalar olub. Əlamətdarlığın bir xüsusiyyəti də ondan ibarətdir ki, məhz 2018-ci ildə əldə olunmuş razılaşmalar, fundamenti qoyulmuş və gələcəyə yönəlik layihələr deməyə əsas verir ki, 2019-cu il bu münasibətlərin tarixində daha genişlənmiş və daha məzmunlu il olacaq”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, 2018-ci il Rusiya-Azərbaycan münasibətləri tarixində həm iqtisadi sahədə mühüm razılaşmalarla, həm siyasi, hümanitar, həm də beynəlxalq münasibətlərdə, məsələlərdə, beynəlxalq təşkilat çərçivəsində birgə fəaliyyət kontekstində çox əhəmiyyətli nəticələri ortaya qoyub: “Eləcə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın müttəffiqlər çevrəsinin daha da genişlənməsi və aktivləşməsi nöqteyi-nəzərindən əhəmiyyətli bir ildir. Rusiya-Azərbaycan münasibətləri tarixində 2018-ci ilin böyük önəmini müəyyənləşdirən faktorlardan biri iki ölkə başçısının şəxsi dostluğunun və münasibətlərinin bu əlaqələrdə daha həlledici rol oynadığının qabarıq şəkildə nümayiş olunması oldu. Artıq 2018-ci ildə baş verən hadisələr o qədər parlaq oldu ki, dünya miqyasında bu dostluğun, şəxsi münasibətlərin nə qədər önəmli və təsirli olduğunu görməyə, dəyərləndirməyə başladılar. Bu çox önəmli bir faktordur.Xüsusilə də Rusiya-Azərbaycan münasibətlərinin genişlənməsi və iki ölkə başçısının şəxsi münasibətlərinin dərinləşməsi Azərbaycanın regionda rolunun daha da güclənməsi və dünya siyasətində mövqeyinin daha da möhkəmlənməsi ilə xarakterizə olunur. Regionda bizim böyük düşmənimiz olan Ermənistanın imkanlarının məhdudlaşdırılmasında, onun təcavüzkar siyasətinə qarşı daha əlverişli beynəlxalq mühitin yaradılmasında Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması daha əhəmiyyətli bir faktordur”.

sia.az

Digər xəbərlər