Siyasət

  • 3 618

"Ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq"

image

"Bir çox ölkələrdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzrə də qurulur. Amma çox təəssüf ki, Azərbaycanda jurnalistika fakültəsində tədris humanitar yönümlü istiqamət üzərində qurulur". SİA-nın məlumatına görə, bunu "Elmin populyarlaşdırılmasında KİV-i rolu" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.Ə.Amaşov Azərbaycanda elmin populyarlaşdırılmasını da vacib sayıb: "Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq".Ə.Amaşov qeyd edib ki, artıq xarici ölkələrdə elm adamları ölkəyə valyuta gətirirlər. Onun fikrincə, Azərbaycan da bu istiqamətə, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticələr əldə edilər. O əlavə edib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: "Ona görə də biz elmi daha da populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq".

sia.az

Digər xəbərlər