Siyasət

  • 2 667

"Bu şou Mehmanın özünə lazım olmayan kampaniya idi" ÖZƏL-MÜNASİBƏT

image

“Əslində bu şou Mehman Hüseynovun özünə lazım olmayan bir kampaniya idi. Bu şounu düzəldənlər öz maraqlarını təmin edirlər. Belə kampaniyalarda iştirak edənlər Qərbin bəzi dairələrində Azərbaycanı istəməyən qüvvələrə tabedir və bu lazımsız hay-küydən başqa bir şey deyil. Məhz Mehmanla bağlı olay da yalançı faktdan baş bir şey deyil. Lakin bəzilərinin məkrli oyunu keçərli olmadı və Azərbaycanı sevməyən ermənipərəst qüvvələr bir daha ifşa olundular”. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, Azərbaycan gələcəkdə də belə hadisələrlə üzləşə bilər, bu, istisna deyil: “Çünki Azərbaycana qarşı olan qüvvələr çoxdur, lakin onların hər biri layiqli cavabını alacaq. Biz bir daha şahidi olduq ki, Azərbaycan demokratik dövlətdir və hər şey hüquqa əsaslanır, heç bir vətəndaş qanunsuz şəkildə mühakimə edilə bilməz. Hüquq pozuntusuna yol verməyən heç kim həbsxanaya göndərilmir. Bu, bir daha sübut olundu. O qüvvələr ki bundan istifadə etmək istəyirdilər, pat vəziyyətinə düşdülər”.M.Səfərli vurğulayıb ki, Azərbaycan bu gün müstəqil siyasət yürüdür və bu heç də bəzi güclərin xoşuna gəlmir: "Məhz Azərbaycan Prezidentinin ardıcıl olaraq müstəqil siyasət aparması və bu siyasətin dövlətin və xalqın milli maraqları üzərində qurulması, ölkəmizin güclənməsi bir çox qüvvələrin ürəyincə deyil. Onlar Azərbaycanı özlərinə tabe etdirmək üçün müxtəlif "üsullara” əl atırlar. Onlardan biri də məhz süni şəkildə gündəmə gətirilən məsələdir. Lakin bu addımlar heçə də bəzi qüvvələrin öz niyyətlərinə çatmasına kömək etməyəcək. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var və bu birliyi heç kim sarsıda bilməyəcək. Nə Azərbaycan daxilində, nə də xaricdə bu birliyə təsir edə biləcək hər hansı qüvvə yoxdur. Bu baxımdan da hesab edirəm ki, indiki yaradılan şou kənar qüvvələrin işidir. Hətta Mehman Hüseynov belə, bu məsələdə kənar qüvvələrin olmasını çox gözəl anlayır. Bu qüvvələr isə təbii ki, Azərbaycanı sevməyən qüvvələrdir, inkişafımızı həzm edə bilməyənlərdir. Təəssüflər olsun ki, ölkəmiz əleyhinə olan qüvvələr heç vaxt öz məkrli planlarından əl çəkməyiblər. Müstəqillik dövründən bu yana anti-Azərbaycan qüvvələr çalışıblar ki, müxtəlif yollarla Azərbaycana təzyiq göstərsinlər və öz təsir dairələrinə salsınlar. Amma buna nail ola bilmirlər”.

sia.az

Digər xəbərlər