Siyasət

  • 6 192

"Hər bir gənc dövlətinə, millətinə yararlı bir vətəndaş olmalıdır” ÖZƏL-ŞƏRH

image

“Bu il müasir Azərbaycan gənclər siyasətinin düz 25 ili tamam olur. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Nazirlik bu il 25 yaşını qeyd edir. Gənclər siyasətinin əsas təməli Azərbaycanı gələcəkdə idarə edəcək və daha da irəliyə aparacaq yeni nəslin formalaşmasını, yetişməsini təmin etmək idi”. Bunu SİA-ya açıqlamasında Gənclər və idman nazirliyinin sektor müdiri Fuad Babayev deyib.Nazirlik rəsmisinin sözlərinə görə, gənclər siyasətinin əsası Ulu Öndərin müəyyənləşdirdiyi iki prinsip üzərində qurulub: “Ümummilli Lider deyirdi ki, Azərbaycan gəncliyi mənəvi cəhətdən saf və fiziki cəhətdən möhkəm olmalıdır. Təbii ki, biz müstəqillik əldə etdikdən sonra dünyaya açılmalıydıq və öz dəyərlərimizi dünyaya təqdim etdiyimiz kimi bizə də müxtəlif dəyərlər gəlib daxil olacaqdı. Ötən dövrləri müşahidə və təhlil etdikdə görürük ki, bütün sferalarda (təhsildə, iqtisadiyyatda və s.) gənclər məhz bu amillər üzərində daha çox tərbiyələnib və daha çox bu amillər üzərində dövlətin siyasəti qurulub. Cənab Prezident İlham Əliyev gənclərlə görüşündə müasir dövr Azərbaycan gəncliyinin portretinin necə olması ilə bağlı ümumi cizgilərini verdi. Təbii ki, bunlar hamısı da vətənpərvərlik, milli ruh, mənəvi dəyərlər, soykökümüzə hörmət və milli təfəkkürdən xəbər verir. Yəni bunlar üzərində Azərbaycan gəncliyinin porteti göstərildi və qeyd olundu ki, Azərbaycan gəncliyi necə olmalıdır.Bu gün dövlətin gənclər siyasəti çox şaxələnib. Dövlətin gənclər siyasəti vaxtilə 1994-cü ildə yarananda heç infrastrukturu belə yox idi. Amma bu gün çox böyük infrastruktura malikdir. Bu gün artıq 40-dan artıq Gənclər evləri var, 44-dən artıq Olimpiya İdman Kompleksləri var, eyni zamanda regionlarda Heydər Əliyev Mərkəzləri var. Bununla da gənclər üçün yeni imkanlar yaranıb. Eləcə də 20-dən artıq dövlət proqramları, qanun, strategiyalar qəbul olunub. Bu şəraitdən hər bir gənc maksimum istifadə etməli və fərd olaraq inkişaf edib dövlətinə, millətinə yararlı bir vətəndaş olmalıdır”.

sia.az

Digər xəbərlər