Siyasət

  • 3 962

"Azərbaycançılıq ideologiyası özündə bütün elementləri birləşdirib" ÖZƏL - ŞƏRH

image

“Bu gün dünyada qloballaşma prosesi baş verir. Artıq ölkələrin, dövlətlərin arasında hüdudlar yoxdur”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, artıq virtual aləmlə, eləcə də bir ölkədən digər ölkəyə getməklə bağlı məsafələr qısalıb: “Yəni istənilən ölkəyə uçuşlar vardır. Təbii ki, bu da onu göstərir ki, dəyərlər bir-birinə inteqrasiya edir. İqtisadiyyatda qloballaşma prosesləri baş verir. Həmin o transmilli korporasiyaların varlığı artıq insanların bir-birindən qloballaşma şəraitində yaşamasını zəruri edir və bu da qaçılmazdır. Bunun üçün də hər bir dövlət çalışmalıdır ki, həmin o qloballaşma prosesində qazandıqları ilə itirdikləri arasındakı tarazlığı düzgün idarə edə bilsin. Təbiidir ki, istər-istəməz bunun müsbət və mənfi cəhətləri vardır. Azərbaycan xalqı, milləti olaraq bizim gənclərin də müəyyən dəyərləri var ki, biz onlardan heç bir zaman itki verməyək. Təbii ki, yenilik olmalıdır. Biz bütün yeniliklərin lazımlı olan qədərini qəbul etməliyik. Onsuz dünyadan və cəmiyyətin inkişafından söhbət gedə bilməz. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə sanki 20-25 ili görürdü deyə, hər zaman bizim üçün vahid bir azərbaycançılıq ideologiyası qoymuşdur. Azərbaycançılıq ideologiyası içərisində bütün elementlər (milli-mənəvi dəyərlər, azərbaycançılıq məfkurəsi, vətənpərvərlik və s.) özünü əhatə edib. Bizim xoşbəxtçiliyimiz ondan ibarətdir ki, bu yol bizim üçün cızılıb. Biz maksimum milli-mənəvi dəyərlərimizə nə qədər sadiq qalsaq, bir o qədər yan təsirlər bizə çox təsir etməz”.

sia.az

Digər xəbərlər