Siyasət

  • 3 988

“İnformasiya təhlükəsizliyində mətbuatın rolu” DƏYİRMİ MASA FOTOLAR

image

Bu gün "Səs" qəzetinin redaksiyasında “İnformasiya təhlükəsizliyində mətbuatın rolu” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, Milli Məclisin deputatları Musa Quliyev, Elman Nəsirli, Aydın Hüseynov, Kamilə Əliyeva, Jalə Əliyeva, Aydın Mirzəzadə, Azər Badamov, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və KİV nümayəndələri iştirak edib.Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev şərəfli, qürurverici dövlətçilik tariximizdən və bu gün ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanda əldə olunan uğurlardan, nailiyyətlərdən danışıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi Azərbaycan Milli Mətbuatının formalaşması və inkişafı cəmiyyətin inkişaf xüsusiyyətlərinə uyğun olaraq aparılır: “Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Mətbuata qarşı tətbiq olunan senzuranın ləğv olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Bütün bunlar Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr vermiş oldu".Bəhruz Quliyev çıxışında bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətini uğurla davam etdirən ölkə Prezident İlham Əliyev Milli Mətbuatın inkişafına xidmət edən müvafiq Fərman və Sərəncamlar imzalayıb: "Mətbuatımızın 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yüzlərlə jurnalistin fəxri adlara, təltiflərə layiq görülmələri, jurnalistlərə mənzillərin verilməsi, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi Prezident İlham Əliyevin mətbuata, onun əməkdaşlarına diqqət və qayğısının nümunəsidir".Baş redaktor onu da bildirib ki, yeni dövrün, yeni çağırışlarına uyğun olaraq Azərbaycan mətbuatının da yenilənməsinə, təkmilləşməsinə zərurət yaranıb. Məhz bu prinsipdən çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşməsi məsələsində yeni şərtlər açıqlayıb: "Bu qərar print-medianın inkişafına stimul verəcək. Amma bəzi jurnalist adına iddia edən şəxslər, sosial şəbəkə istifadəçiləri məsələni siyasiləşdirməyə, mətbuat-dövlət münasibətlərinə zərbə vurmağa uğursuz cəhdlər edirlər. Amma bu cəhdlər nəticəsiz qalacaq. Çünki, Azərbaycanın peşəkar jurnalist təbəqəsi mövcud reallıqları qəbul edir və fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun qurmağın vacib olduğunu bildirirlər”.Dəyirmi masada çıxış edənlər də Azərbaycan mətbuatının bu günkü vəziyyəti, inkişafı, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə təsiri, mətbuatda ədəbi dilin qorunması, jurnalist peşəkarlığının artırılması və digər məsələlərdən danışıb, KİVDF-nin qəzetlərin maliyyələşməsi ilə bağlı yeni şərtlərinin mətbuatın fəaliyyətinin günün tələblərinə uyğun qurulmasına təkan olacağını bildiriblər.

sia.az

Digər xəbərlər