Siyasət

  • 3 730

"Prezidentin Azərbaycan insanına olan münasibəti hər kəs üçün nümunədir" AÇIQLAMA-ÖZƏL

image

“Prezident İlham Əliyevin Azərbaycan insanına olan münasibəti hər kəs üçün nümunədir. Xüsusilə də məmurlar ölkə başçısından dərs götürməlidirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Ölkə başçısının hər zaman vurğuladığı ifadəni xatırladan deputat bildirib ki, Cənab Prezidentin söylədiyi kimi hər bir məmur xalqının xidmətçisidir: “Məmurlar xalqın qayğısına qalmalıdır. Ölkə başçısı atdığı addımları ilə bu nümunəni bütün məmurlara göstərməkdədir. Son dövrlərdə Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşü, zəlzələ bölgəsinə səfəri zamanı zərər çəkən vətəndaşlarla səmimi münasibəti, ötən gün Beyləqanda xalqla bərabər olması, yaşından asılı olmayaraq hər kəsə göstərdiyi isti münasibət, körpə uşaqlara olan qayğı, ahıllarla mehriban davranış bir nümunədir”.E. Məmmədov qeyd edib ki, Ölkə başçısının Şamaxıda zəlzələdən zərər çəkən Saray nənəyə qarşı addımı əsil Azərbaycan kişisinin ağsaqqal və ağbirçəklərə, qadınlara, ümumilikdə insanlara olan nümunəvi münasibətdir: “Ən kiçik vəzifədən yüksəyə doğru hər kəs bu addımlardan ibrət götürməli, vətəndaşlara qayğı göstərməyin vacibliyini dərk etməlidirlər. Xalqdan qaçmaq , yuxarıdan aşağı baxmaq, vəzifədən istifadə hallarına yol vermək olmaz. İnsanları qıcıqlandırmaq deyil, onlara qayğı ilə yanaşmaq vacibdir”.Deputat vurğulayıb ki, vəzifədə olan məmurların ilk işi xalq üçün çalışmaqdır: “Vəzifə var dövlət yığmaq, özün üçün yüksək şəraitli həyat düzəltmək üçün verilmir. Vəzifə xalqa xidmət üçün verilir. Prezident kürsüsündən yüksək vəzifə yoxdur. Prezident İlham Əliyevin kürsüsündən asılı olmayaraq xalqın yanında olması, digərləri üçün dərs olmalıdır”.

sia.az

Digər xəbərlər