Siyasət

  • 4 312

Əli Kərimliyə sual: “Bu nə məntiqdir?” SƏNAN NƏCƏFOV

image

Martın 8-də bir qrup “feministçilərin” bir araya gələrək, şəhərin mərkəzində uğursuz aksiya keçirmək cəhdlərinin ardınca, daha bir məsələ ictimai rəyin diqqətini cəlb etdi. Bu, AXCP sədri Əli Kərimlinin hazırda həbsdə olan müavini Gözəl Bayramlının adı altında özünü reklam etdirməsi cəhdidir. Belə ki, AXCP sədrinin və ətrafının 8 mart gününü G.Bayramlının adı ilə bağlamaq istəyi ona qarşı bəzi sualları yaradıb. SİA xəbər verir ki, Qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov sosial şəbəkədə maraqlı detallara toxunaraq, suallarını ünvanlayıb. “Yekun olaraq bir sual da verim, bağlayaq bu söhbəti”, deyə qeyd edən baş redaktor əlavə edib: “Demək Kərimov Əli adına Xalq Cəbhəsi 8 martı Gözəl Bayramova ilə bağlayırlar. Allah xatirinə biri desin, bilək: bəs həbsdə olan başqa xanımlar? Onlar qadın deyillər? 8 martda təbrik olunmaq, diqqətdə saxlanması üçün Kərimov Əli adına Xalq Cəbhəsinin üzvü olmalıdır? Bu nə yanaşmadır? Bu nə məntiqdir? Bu nə ayrı-seçkilikdir? Bunlar özlərini nə sanırlar?”Sənan Nəcəfov Əli Kərimlinin Gözəl Bayramovanın adı altında manipulyasiya etdiyini önə sürərək, bunun öz müavininin əslində həbsə qalması istəyi ilə bağlı olduğunu bildirib: “Kim istəyər ki, Azərbaycan qadını 8 martı həbsxanada keçirsin? Allah hamısının qapısını açsın. Amma belə məlum olur ki, Kərimov Əli adına Xalq Cəbhəsinə məhz Gözəl Bayramovaların həbsdə olması lazımdır. Çox məyusedicidir”.

sia.az

Digər xəbərlər