Siyasət

  • 3 732

Vayra Vike-Freyberqa: "Qlobal Bakı Forumu brendə çevrilib" RƏY-ÖZƏL

image

“Hər il Qlobal Bakı Forumuna qatılan iştirakçıların sayı daha da artır. Bu il forumda 50-dən çox ölkəni təmsil edən nümayəndələrin iştirak etməsi buna əyani sübutdur. Demək olar ki, dünyanın hər bir yerindən bu Foruma qatılanlar var”. Bu fikirləri SİA-ya açıqlamasında edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqa deyib.Qlobal Bakı Forumunun brendə çevrildiyini deyən mərkəzin həmsədri bildirib ki, bu cür forumların keçirilməsi, müxtəlif sahələri təmsil edən nümayəndələrin qlobal əhəmiyyətli problemləri dostluq və əməkdaşlıq mühitində müzakirə etmək imkanı qazanması baxımından çox əhəmiyyətlidir.Vayra Vike-Freyberqa söyləyib ki, geniş formatda həyata keçirilən mühüm platformanın Azərbaycanda reallaşması sevindiricidir: “Builki forumda iştirakçıları arasında dövlət başçıları, baş nazirlər, beyin mərkəzlərinin, müxtəlif fondların nümayəndələri, diplomatlar, jurnalistlər vardır. Belə geniş format Forumun əhəmiyyətini bir daha sübut edir”.Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqinə toxunan sabiq dövlət başçısı Prezident İlham Əliyev çıxışı ilə sülhün və sabitliyin təmin olunması üçün dünyaya mühüm mesajlar verdi.

sia.az

Digər xəbərlər