Siyasət

  • 6 187

Müsavat partiyasında “satqın” ittihamı TƏRS BAXIŞ + FOTOFAKT

image

Arif Hacılı onunla olmayanlara qarşı siyasi diskriminasiya siyasəti aparır

Müsavat partiyasında eks-başqan İsa Qəmbərin Arif Hacılı ilə əvəzlənməsindən sonra partiya daxilində kəskin qarşıdurmalar, qrup maraqları uğrunda savaşlar daha da artdı və nəticədə baş verən istefalar bu deyilənləri özündə kifayət qədər ehtiva etdi. Lakin müsavatdaxili klanlaşma bütün bunlara baxmayaraq davam etdi və hazırda da həmin situasiya öz mövcudluğunu qoruyub-saxlamaqdadır. Xüsusilə, başqan A.Hacılının nəzarətində olan qrup onun qərar və əmrlərinə tabe olmayan digər qruplara qarşı sıxışdırma kampaniyasını sərt şəkildə davam etdirir. Daha doğrusu, bu gün başqana tabe olmayanlara “xəyanətkar”, “satqın” damğası vurularaq, onlar sözün əsl mənasında partiyadaxili siyasi diskriminasiyalara məruz qalırlar. Əgər xatırlasaq ki, həmin siyasət A.Hacılının rəhbər posta gətirilməsindəm sonra başlayıb və bu gün uzun illər ömürlərini Müsavat partiyasına həsr etmiş şəxslərin çoxu bu partiyadan ya öz xoşları, ya da zorən istefaya gediblər onda bu iddianın özünü nə qədər təsdiq etdiyini əminliklə deyə bilərik.
Divan üzvü Yadigar Sadıqlıdan Arif Hacılı klanına: “Müsavat partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir”
Beləliklə, növbəti hədəf Müsavatın divan üzvü Yadigar Sadıqlıdır. “SƏS” qəzeti xəbər verir ki, Müsavata yaxınlığı ilə seçilən mətbu orqanlar sözügedən məsələnin ilginc tərəflərini aşkara çıxarıblar. Belə ki, siyasi təşkilatın rəhbərliynə daxil olan şəxslər sosial şəbəkələrdə bir-birinə ağır sözlər, həqarət və ittihamlar yağdırırlar. Bu məsələdə daha lox canfəşanlıq edən isə məhz A.Hacılı klanında yer alan başqan müavini Səxavət Soltanlıdır. Partiyanın Facebook sosial şəbəkəsindəki qapalı qrupunda aylardır ki. Davam edən qarşıdurma indi açıq müstəviyə keçid alıb və ictimailəşdirilib. Özünə qarşı artan basqılara, hücum və təhdidlərə dözə bilməyən Y.Sadıqlı qapalı qrupdan çıxıb, fikirlərini hər kəsin görə biləcəyi şəxsi səhifəsində yazıb. SİTAT: "Müsavat partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.
Nəticə etibarı ilə S.Soltanlının onu istər dolayısı, istərsə də birbaşa “satqın” adlandırmasına cavab verən Y.Sadıqlı sözügedən statusu vasitəsi ilə qarşı tərəfin satqın olduğunu və hakimiyyətə qarşı loyal münasibət sərgilədiyini iddia kimi irəli sürüb.
Arif Hacılı klanının dilindən başqan müavini Səxavət Soltanlı danışıb: “Bu, müsavatçıları təhqir etməkdir”
Ancaq S.Soltanlı da boş dayanmayıb və Y.Sadıqlının statusuna öz tərzində cavab yazıb. SİTAT: “Əlbəttə ürək ağrısı ilə bu statusu yazıram. Söhbət Müsavat partiyasının və yüzlərlə ləyaqətli və vicdanlı müsavatçıya atılan böhtandan gedirsə, cavab verməmək mənim kitabımda yoxdur. Deməli belə, Yadigar Sadıqlı bütünlüklə Müsavat məclisini təhqir etdikdən, provakativ hərəkətlər etdikdən sonra növbəti dəfə müsavatçılar haqqında böhtan və yalan yayması, güya müsavatçılar kiminsə göstərişi ilə ona “satqın” deyiblər... (Belə bir fakt yoxdur, mümkün deyil-müəllifin fikri-R.N.) Bu müsavatçıları təhqir etməkdir. Məsələnin mahiyyəti odur ki, Məclisdə etdiyi dözülməz davranışdan sonra hər kəs onun bu davranışını qınadı, ondan səhv etdiyini etiraf edib, üzr istəməsini tələb etdilər. O da müsavatçılardan dəstək görmədiyi üçün əsasən anti-müsavatçılardan və bu söhbətlərin detallarını bilməyən səmimi insanları çaşdırmaqla onların dəstəyin qazanmaq, Müsavat partiyasına zərər vurmaq bahasına yalan və böhtan dolu status yazdı. Statusa və mövzuya əlavə olaraq. Siz siz olun, həyatda yaşadığı halda, fəaliyyət göstərdiyi müddətdə heç kim haqqında yüksək fikirlər yazıb özünüzü yazdıqlarınızın girovuna çevirməyin. Siz siz olun, yalan-böhtan danışmayın. Bir dəfə yalan-böhtan danışdızsa, məcbursuz ki, növbətilərini uydurasız”.
Arif Hacılı yenidən başqan olmaq şansını itirib, İsa Qəmbərin isə daha 25 ili var...
Qarşılıqlı ittihamların ardınca qruplaşmalar arasında daha kəskin polemikalar təhqirlərə çevrilib və nəticədə ən ağır ifadələrə belə yer verilib. Bu isə bir daha isbat edir ki, A.Hacılı rəhbərlik etdiyi siyasi təşkilatı ümumiyyətlə, idarə etmək qabiliyyətini itirib və qarşıdakı qurultayda yenidən başqan seçilməsi perspektivi sıradan çıxıb. Əgər əvvəlki qurultayda onun başqan seçilməsində eks-başqan İ.Qəmbərin saxtakarlıqları varıydısa, növbəti seçkilərdə həmin dəstək olmayacaq. Hətta mümkündür ki, sabiq başqan yenidən Müsavat rəhbərliyinin ipini öz əlinə alsın və hər şeyə necə deyərlər, sıfırdan başlasın. Hər halda, 25 ilə yaxındır ki, müxalifətdə bir addım ata bilməyən Müsavat rəhbərliyi sıfırdan başlayarsa, demək ki, qarşıda onu daha 25 illik yerində saymaq rüsvayçılığı gözləyəcək. Əlbəttə ki, həm də fiziki imkanları buna çatarsa...

sia.az

Digər xəbərlər