Siyasət

  • 3 395

"Sülhsevər olsaq da, ermənilərin bu addımlarına cavab verilməlidir” RƏY-ÖZƏL

image

“Təsadüfi deyil ki, son vaxtlar Ermənistanla qondarma qurum arasında bütün görüşlər, danışıqlar protokollaşdırılır. Təəssüf doğuran hal budur ki, Avropa ölkələrində separatçı meyllərin baş qaldırmasına dözməyib, dərhal təcili tədbirlər görənlər Azərbaycanın 20 faiz ərazisində qondarma dövlət elan olunmasına səbrli davranış nümayiş etdirirlər.“Son baş verən hadisələr bir daha sübut edii ki, artıq 25 il bundan əvvəl imzalanan atəşkəs aktuallığını itirib. Son Moskva görüşündə əldə edilən razılaşmalar da yerində qalıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin baş verənlərə reaksiya vermədiyini deyən ekspert söyləyib ki, maraqlı məqamlardan biri Rusiyanın da bununla bağlı heç bir bəyanat səsləndirməməsidir.A. Nağıyev vurğulayıb ki, 9 may - Qələbə Günü ermənilərin Şuşada hərbi parad keçirməsi, həmin günün Şuşanın "alınması" və qondarma qurumun ordusunun yaranması kimi qələmə vermələri erməni xislətindən xəbər verir: “Belə olan halda, hansı danışıqlardan söhbət gedə bilər?! Bundan başqa ermənilərin ambisiyalarının hər gün daha da artdığının şahidi oluruq. Ermənilər münaqişənin həll edilməsində maraqlı deyil, sadəcə status-kvonu saxlamağa çalışırlar”.Siyasi şərhçi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili yanaşmalar öz işini görməkdədir.Ekspertin fikrincə, düşməni danışıqlar masasına əyləşdirməyin yeganə yolu güc nümayiş etdirməkdir: “Artıq başqa yol qalmayıb. Ərazi bütövlüyümüz çərçivəsində bu məsələyə son qoyulmalıdır. Havadan “barıt qoxusu” gəlir və cəbhədə gərginlik hökm sürür. Mütləq şəkildə beynəlxalq təşkilatlar bu məsələyə reaksiya verməlidir. Nə qədər sülhsevər də olsaq, ermənilərin bu addımlarına cavab verilməlidir”.

sia.az

Digər xəbərlər