Siyasət

  • 3 318

Pyer-Alən Rafan: Azərbaycanda qadınlara səsvermə hüququnun 100 il əvvəl verilməsi çox önəmli hadisədir

image

Azərbaycanda qadınlara səsvermə hüququ 100 il əvvəl verilib. Bu, çox önəmli hadisədir. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycandan 25 il sonra bu hüququ qadınlara verib.Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın təşkilatçısı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Rafan söyləyib.Pyer-Alən Rafan deyib: “Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvləri olaraq Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyini qeyd etmək qərarına gəldik və belə bir konfrans təşkil etdik. Konfrans çox uğurlu keçdi. Azərbaycanda qadın hüquqlarından, əldə edilmiş nailiyyətlərdən söz açıldı. Bu konfrans gələcəkdə daha da yaxınlaşmağa, əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradır”.Dostluq qrupunun sədri Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

yap.org.az

Digər xəbərlər