YAP Xəzər rayon təşkilatı fəallarla görüş keçirib

YAP Xəzər Rayon Təşkilatı H.Z.Tağıyev NQÇİ-nin Yeni Azərbaycan Partiyası üzvlərilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Siyasi Şurasının üzvü, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Rauf Əliyev iştirak edib.Tədbirdə H.Z.Tağıyev NQÇİ-nin rəisi Fəxri Haqverdiyev və Gənclər təşkilatının sədri Nicat Əliyev çıxış ediblər. Sonda YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Rauf Əliyev geniş nitqlə çıxış edərək, ölkədə gedən ictimai-siyasi proseslər, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunan uğurlar haqda və eləcə də, Azərbaycanın apardığı uğurlu geosiyasi, beynəlxalq siyasət barədə tədbir iştirakçılarına məlumat veriblər.

sia.az