Siyasət

  • 3 936

BMTM-nin rəhbərliyi ilk mətbuat konfransını keçirib TƏDBİR

image

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbərliyi ilk mətbuat konfransını keçirib. SİA-nın verdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-nin Azərbaycan Prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradıldığını bildirib.O qeyd edib ki, mərkəz dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir: “Azərbaycan Prezidentinin sərəncamı ilə fevralın 19-dan bu vəzifəni icra edirəm. Sual yarana bilır ki, biz niyə ötən 5 ay ərzində deyil, indi mətbuat konfransı keçiririk.Məsələ ondadır ki, sənədləşmə məsələsi var idi. Bu proses hələ də tam bitməyib. Aprel ayında mərkəzin əsasnaməsi təsdiqlənib. İyulun 15-də büdcəmiz təsdiq olunub. Büdcə təsdiq olunmadığı üçün biz tam fəaliyyətə başlaya bilmirdik. Artıq tam fəaliyyətə başlamışıq. Bununla belə saytımız hazır deyil. Büdcə ayrılsa da hesaba tam köçürülməyib. Bəzi texkini məsələlər qalıb. Bəzi bürokratik məsələlər var ki, onları gözləmək lazım idi. Əvvəllər Strateji Araşdırmalar Mərkəzinə məxsus olan bu bina da bizə rəsmi olaraq iyulun 15-də verilib”.F.Şəfiyev mətbuat nümayəndləri ilə sıx işləmək niyyətində olduqlarını bildirib: "Bülletenlərimiz olacaq, onlar mətbuata ötürüləcək. Həmçinin, jurnalistlər üçün seminar-treninqlər keçirməyi nəzərdə tutmuşuq”.F.Şəfiyev mərkəzin fəaliyyətinin 3 əsas məqamını açıqlayıb: “Birinci məqam ondan ibarətdir ki, biz publik hüquqi şəxs olaraq dövlətdən maliyyə alırıq. Dövlətin dəst-xəttinə uyğun olaraq öz işimizi quracağıq. Əsas məqsədimiz Prezident Administrasiyasına və digər dövlət qurumlarına müvafiq məlumatlar hazırlamaq, onları təhlillərlə təmin etmək, belə deyək, onlarının sifarişini icra etməkdir.İkinci önəmli sahə xarici tərəfdaşlarla əlaqələr qurmaqdır. Artıq bir neçə tərəfdaşlarıa əlaqələr qurmuşuq. Birgə tədbirlər keçirməyi planlaşdırırq. Eyni zamanda xarici alimlərə mərkəz tərəfindən təqaüd veriləcək. Bu da imkan verəcək ki, onlar Azərbaycana gəlib tədqiqat aparsınlar. Məqsəd Azərbaycanla, xüsusilə Dağlıq Qarabağla bağlı məlumatların artmasıdır.Xaricdə Azərbaycanla bağlı araşdırmalar azdır. Bu vəziyyəti kəskin şəkildə dəyişdirməlk lazımdır.Problem ondan ibarətdir ki, 31 ildir bu münaqişə davam edir, biz beynəlxalq ictimaiyəti məlumatlandırmaq məsələsində o qədər də üstün mövqedə deyilik. Etiraf edək ki, işimiz zəifdir. Bəzi tədqiqatlar dəyərlidir. Ancaq bizim ölkəmizdə dərc olunan araşdırmalar, çap olunan kitablar Qərb standartlarına uyğun deyil.Mən bunu iki ölkədə - Kanada və Çexiyada səfir işləyən şəxs kimi deyirəm. Bizə kitablar verirdilər ki, onlar xarici kitabxanalara yerləşdirək. Ancaq emosional yazılan akademik kitablar qəbul edilmir. Son illər vəziyyət müəyyən dərəcədə dəyişir. Amma vəziyyət yenə də qənaətbəxş deyil. Ona görə də biz alimlərə, tədqiqatçılara seminarlar keçirməyi də nəzərdə tutmuşuq. Araşdırmalar da müvafiq standartlara cavab vermir.Üçüncü məqam isə bildiyniz kimi burada Strateji Araşdırmalar Mərkəzi fəaliyyət göstərirdi. Biz onların təcrübəsindən istifadə edirik. Demək olar hər bir universitetdə araşdırma mərkəzi var. Biz istərdik onlarla sıx əməkdaşlıq edək.Mən bu mərkəzi açıq bir platforma kimi görürüəm. Bizim 10 ştatımız var, amma istərdik ki, ştatdankənar alimlərlə, tədqiqatçılarla işbirliyi quraq. Belə deyək, bizim mərkəz olaraq ambisiyalarmız böyükdür”.

sia.az

Digər xəbərlər