Naqif Həmzəyev: Prezident İlham Əliyev gənclərə böyük etimad göstərir

“Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilr, bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. Bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Təqdirəlayiq haldır ki, son dövrlər dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimad göstərilir”. Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.N.Həmzəyev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Anar Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin daha bir təzahürüdür. Onun sözlərinə görə, gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illər baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. “Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub”-deyə, deputat qeyd edib.

yap.org.az