Siyasət

  • 3 721

Gəncədə bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir

image

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş YAP tərəfindən irəli sürülmüş müşahidəçilərlə olub.

Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək, müstəqil Azərbaycanın inkişafına, tərəqqisinə mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası tərəfindən 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərinə ən layiqli namizədlərini irəli sürdüyünü bildirib. Namizədlər arasında xüsusən gənclərə və qadınlara üstünlük verildiyini qeyd edən millət vəkili "Xalq üçün" şüarı ilə həyata keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışıb, Azərbaycan Respublikasınin Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə ətraflı məlumat verib.
YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək, cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıb. Pərvin Kərimzadə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısını daim öz üzərlərində hiss edən gəncəlilərin əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərini, bu siyasi kampaniyanın da yüksək mütəşəkkilliklə keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.

yap.org.az

Digər xəbərlər