Siyasət

  • 5 847

Bələdiyyə seçkiləri ilə əlaqədar görüşlər Ağdaş rayonunda davam edir

image

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ağdaş rayonunda təbliğat kampaniyası uğurla davam edir. Rayonun Aşağı Zeynəddin və Mürsəl kəndlərində seçicilərlə keçirilən görüşlərdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi İsa Eminov qeyd edib ki, yerli idarəetmə institutu olan bələdiyyələrin ölkəmizdə formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, məhz 1995-ci ildə qəbul olunmuş ilk müstəqil Konstitusiyamızda bələdiyyələrin fəaliyyəti üçün müvafiq qanunvericilik bazası formalaşdırılmışdır. Hazırda bələdiyyələrin cəmiyyətimizdə rolu ildən-ilə artır və onların səmərəli fəaliyyətinin təşkili üçün zəruri qanunvericilik bazası və müvafiq strukturlar tam formalaşıb. Bələdiyyə seçkiləri ilə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışan İsa Eminov son illərdə ölkəmizdə, eləcə də Ağdaşda gedən sürətli tikinti-quruculuq işlərindən bəhs edib. O, «Xalq üçün» devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki proqramı ilə tanış edib.
Görüşlərdə çıxış edən seçicilər ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi, vətəndaşa göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və seçkilərdə iştirak edərək, YAP namizədlərinə səs verəcəklərini bildiriblər, seçiləcək yeni bələdiyyə üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. Bəyan ediblər ki, hər zaman yüksək seçki mədəniyyəti nümayiş etdirən YAP bələdiyyə seçkilərindən də qələbə ilə çıxacaqdır.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər