Siyasət

  • 3 284

Şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi 97 faizə çatıb

image

Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr, dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar, vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Son 16 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar, bu sahədə prinsipcə yeni vəzifələr yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin ilk aylarında imzaladığı fərman və sərəncamlar dövlətin yeni sosial paketinin işə başladığını göstərmiş oldu. İmzalanan sənədlər əsasında sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Görülən işlər, bir daha təsdiq edir ki, ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində, əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb və insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olan növbəti addım idi. 2019-cu il 28 yanvar tarixli Fərman isə, birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası üçün 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Dövlət başçısının müvafiq Fərmanının icrası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Belə ki, yaxın günlərdə daha 86 şəhidin 132 vərəsəsinə də 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmə vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.
Məlumat üçün bildirək ki, şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan, artıq 11 877 şəhidin 17 690 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi, artıq 97 faizə çatıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər