Sosial

  • 8 235

Ailə dəyərlərinin təbliği ilə bağlı tədbir keçirilib

image

“Dünya” Ana və Uşaqlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsini icra edir. Layihə çərçivəsində Lerik rayonu Heydər Əliyev Mərkəzində ilk tədbir keçirilib.

Tədbirdə Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, İctimai Birliyin sədri və layihə rəhbəri Dünyaxanım Əliyeva, layihənin eksperti Nəsimi Məmiyev, layihə rəhbərinin köməkçisi Taleh Əliyev və Lerik rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Lerik rayon İcra Hakimiyyətinin nümayəndəsi A. Vəliməmmədovaya qonaqları salamladıqdan sonra bu tip tədbirlərin regonlarda keçirilməsinin əhəmiyyətindən danışaraq təşkilatçılara bir daha öz minnətdarlığını bildirib.
İctimai Birliyin sədri və layihə rəhbəri D. Əliyeva layihənin həyata keçirilməsinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, tədbirin təşkilinə dəstək verdiyi üçün Lerik rayon İcra Hakimiyyətinə və tədbirə qatılan bütün iştirakçılara öz minnətdarlığını bildirdirib, təşkilat və layihə haqqında ümumi məlumat verib.

sia.az

Digər xəbərlər