İslandiyada “Cəhənnəm darvazaları” açılıb“Frans Press” informasiya agentliyinin yaydığı məlumata görə, İspaniyada orta əsrlərdə “Cəhənnəm darvazaları” adı altında tanınan Hekla vulkanında yüksək aktivlik qeydə alınmışdır. Ölçü cihazları vulkan dərinliklər

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İspaniyada orta əsrlərdə "Cəhənnəm darvazaları" adı altında tanınan Hekla vulkanında yüksək aktivlik qeydə alınmışdır. Ölçü cihazları vulkan dərinliklərində maqma qatının hərəkətini müşahidə edir.

İslandiyanın cənub hissəsində yerləşən Hekla vulkanı son 3 gün ərzində qeyri-adi dərəcədə fəallıq göstərməyə başlamışdır. İslandiya universiteti alimlərinin dediklərinə görə, vulkan oyanmaqda olsa da, yaxın günlərdə püskürəcəyi gözlənmir. 2000-ci ildə vulkanın fəallıq dərəcəsi yarım saat çəkmişdir. 1970-ci ildə isə bu fəallıq cəmi 25 dəqiqə davam etmişdir. Hekla son dəfə 11 il əvvəl oyanmışdır. Bu vulkan orta hesabla 10 ildə bir dəfə püskürür.

2011-ci ilin mayında İslandiyada Qrimsvotn vulkanı püskürməyə başlamışdır. Nəticədə, Böyük Britaniya, İslandiya aeroportları bağlanmış, bir çox Avropa ölkələrinə nəzərdə tutulan uçuşlar dayandırılmışdır. 2010-cu ilin mayında isə İslandiyanın Eyyafyatlayokudl vulkanının püskürməsi Avropanın hava məkanın tam qapanması ilə nəticələnmişdir. Aviakompaniyalara 2,7 milyard dollar dəyərində zərər dəymişdir.