Analitika

  • 4 722

İrana bağlı “Hizbullah” terrorçuları Ukraynanın işğalında (?!) SİYASİ RAKURS

image

Qruplaşma təlimatçılarının məhv edildikləri yer haradır?

İranın mövcud hakim quruluşunun eyni zamanda terror rejimi kimi fəaliyyət göstərməsi ilə bağlı daha əvvəllər də müxtəlif versiyalar və iddialar səsləndirilirdi. Belə ki, Tehranın əsas həbi güclərindən hesab edilən SEPAH və ETTELAAT (İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirlinə bağlı qurum) kimi qurum təmsilçilərinin bu və ya digər xarici ölkələrdəki terrorçuluq fəaliyyətləri haqqında informasiyalar hazırda da internet resurslarında yer almaqdadır.

Bənzər məlumatlar Suriyadan, Yəməndən, Livandan, Fələstindən əldə olunsa da, növbəti informasiyaların Ukraynadan da gəlməsi əslində gözlənilməz sayıla bilər. Əslində, Tehranın Moskvanı silah və hərbi təchizatlarlarla, xüsusilə zərbə dronları ilə təmin etməsindən sonra bu dəfə ayrı-ayrı dəstələrinin də bəlli məqsədlər üçün göndərilmələri növbəti sualı doğurur – Tehran Rusiya-Ukrayna müharibəsində açıq iştirakçıya çevrilibmi?

İranın satellitləri - “Hizbullah” terrorçularını kimlər harada və necə məhv edib?

Bu yaxınlarda İranın regiondakı əsas podratçısı və satelliti hesab edilən “Hizbullah”a məxsus media resursları üç nəfər aparıcı funksionerinin öldürülməsi ilə bağlı informasiya yaymışdılar. Həmin məlumatlar ayrı-ayrılıqda və qısa intervallarla dərc edilmişdi. Məlumatların tərzindən və kontekstindən də görünürdü ki, onların hər üçü məhz hərbi əməliyyatlar zamanı öldürülüblər. Lakin onların ölüm vəziyyətləri və həlak olduqları yer barədə heç bir açıqlama verilmədi.

Suriyada..? Yəməndə..? İarqda..?

Lakin müxalifətdə olan Suriya demokratik güclərinin və İsrailin yuxarı eşalonlarına bağlı olan bəzi teleqram kanalları belə bir ehtimalla çıxış etdilər ki, onların hər üçü ABŞ gücləri tərəfindən Suriyada məhv ediliblər. Amma ortaya çıxan digər informasiya bu ehtimalları arxa plana çəkdi. Belə ki, Livanın “Hizbullaha” bağlı “Almayadeen” saytı həmin ehtimalları da rədd etdi. Ancaq bu informasiya resursu da həmin üç nəfərin ölümlərinin yeri haqqında heç bir məlumat vermədi. Üstəlik, əgər İrana bağlı “Hizbullah” terrorçuları həqiqətən də Livanla İsrailin sərhədində, yəni Suriyada öldürülsəydilər artıq bu barədə İsrail KİV-ləri nəticə etibarı ilə məlumat yayardılar. Lakin bu barədə İsrailə bağlı media resursları heç bir xəbər vermədilər.

Bu arada daha bir məqamı da qeyd edək ki, “Hizbullah” emissarları SEPAH-a bağlı hərbi mütəxəssisləri ilə 2016-2017-ci illərdən başlayaraq müştərək şəkildə Yəməndə də fəaliyyət göstəriblər. Sadəcə, son vaxtlar İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərini loyallaşdırması hələ ki, bu regiondakı qarşıdurmaları az da olsa səngidib. Yəni “Hizbullah” terrorçularının bu regionda da öldürülmələri iddiaları təsdiqini tapmır.

Daha bir ehtimal İraq ola bilərdi ki, orada “Hizbullahın” yerli şöbəsi fəaliyyət göstərir. 2017-ci ildə bu ölkədə İŞİD-in əsas qüvvələrinin darmadağın edilməsindən sonra orada hər hansı ciddi silahlı qarşıdurmaların baş verməsi ehtimalı da çox azdır.

Yekun nəticə - Krım!

Bu fonda yeganə mümkün ehtimal Ukrayna cəbhəsidir. Daha doğrusu, “Hizbullahın” hər üç terrorçusunun Krımda məhv edilmələri real görünür. Sual oluna bilinər ki, niyə məhz Krımda? Belə ki, hələ 2022-ci ilin oktyabrında məlumatlar dolaşırdı ki, SEPAH-ın 50 nəfərlik təlimatçı heyəti məhz orada – Krımda fəaliyyət göstərir. Yəmən, Suriya, İraq təcrübəsinə görə onları “Hizbullah” təmsilçiləri də müşayiət edirlər. Əbəs deyil ki, Tehan daha çətin və təhlükəli əməliyyatların həyata keçirilməsini məhz “Hizbullahın” üzərinə qoyur.

Bu baxımdan, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun ötən ilin noyabrında Ukrayna xüsusi əməliyyatçılarının İran tərəfindən göndərilmiş hərbi emissarların və mütəxəssislərin Krımda məhv edilmələri barədə dediklərindən yekun nəticə hasil etmək olar.

Rövşən RƏSULOV

Digər xəbərlər