PDF Oxu

Araşdırma

  • 1 198

Avropaya təhlükələr vəd edən YENİDƏN SİLAHLANMA – TƏHLİL

image

Avropa ölkələrinin hərbi baxımdan yenidən “güc” toplamaq, hansısa potensiala sahib olmaq, ən azından özünü müdafiə etmək adı altında silahlanmaq niyyətləri barədə artıq bir müddətdir ki, çox eşidirik. “Od olmasa tüstü çıxmaz” zərb məsəlində də deyildiyi kimi, əgər avropalıların hərbi güc, silahlanma istəyi olmasaydı, bu barədə heç bir spekulyasiyalara da rast gəlinməzdi. Rast gəliriksə, deməli, belə bir istək var və nədən irəli gəldiyi, nəyə görə olduğu, nələrə, xüsusən də hansı təhlükələrə səbəb olacağı barədə suallar da meydana çıxır. Belə məlum olur ki, həqiqətən də yenidən silahlanma Avropa üçün təhlükələr vəd edir...

Ağıllarına gələni danışanlar elə məhz Avropanın təhlükələrə sürüklənməsinə biganə olanlardır
Diqqətə çatdıraq ki, aprelin 14-də Almaniya kansleri postuna namizəd olan Fridrix Merts öz müsahibəsi zamanı Ukraynanı “Taurus” qanadlı raketlərlə təchiz etmək barədə çağırış edib. Mertsin fikrincə, onlardan, yəni, həmin o qanadlı raketlərdən məhz Krım körpüsünü vurmaq üçün istifadə edilməlidir. "Əgər bu baş verərsə və məsələn, Rusiya ordusunun təchizatlarının böyük hissəsinin yerləşdiyi Krımla Rusiyanın ən mühüm quru əlaqəsi məhv olarsa, bu, Ukraynanı strateji baxımdan əlverişli mövqeyə qoymağın bir yolu olardı", deyə Merts bildirib. Bəli, Merts əlverişli mövqe dedikdə, yalnız və yalnız əlverişli, sərfəli hal barədə, sərfə haqda düşünür. Amma bunun hansı nəticələr verəcəyi müəmmalı olaraq qalır, hansıki bu barədə fikirlər deyəsən heç Fridrix Mertsin hes ağlına da gəlməyib. Görünür onun ağlına gəlməsi üçün müvafiq suallar barədə düşünməli, bir çox suallara cavab axtarmalı, cavab tapmalı idi.Görəsən, Almaniya kansleri postuna namizədin bəyanatı hansı nəticələrə gətirib çıxara bilər? Nə üçün Avropa İttiaqı müstəqil hərbi ittifaq olmaq istəyir? Bəs Avropa ölkələrinin ordularının yenidən silahlanmasına neçə milyard avro xərcləmək istəyirlər? Yenidən silahlanma üçün təqribən 800 milyard avro həddində pula ehtiyac duyulduğu barədə fikirləşən olubmu? Fikirləşən olubmu ki, ümumiyyətlə, bu vəsaitlər haradan əldə olunacaq? Bütün bunlar bir tərəfə, bəs yaxşı, həmin o yenidən silahlanmanın hansısa təhlükə riski barədə düşünülübmü? Belə məlum olur ki, ortaya qoyulan suallar barədə Merts heç düşünməyib də. Yaxud, düşünübsə, düşünərək də həmin fikirlərini səsləndiribsə, deməli, onun ağlına, dərrakəsinə bəzi təhlükəli məqamlar heç yerləşməyib və sığışmayıb da. Yerləşsəydi və sığışsaydı, ən azından tamamilə başqa aspektdən, tamamilə başqa rakursdan yanaşaraq bu barədə fikir bildirərdi. Belə görünür ki, qanmayıb. Məlum olur ki, Merts yenidən silahlanmanın, hərbi baxımdan hansısa addımların aytılmasının gələcək risklərini heç hesaba da almayıb. Ya da, belə məlum olur ki, Fridrix Merts bilərəkdən belə təkliflə çıxış edirsə, deməli, bütövlükdə Avropanın təhlükələrə sürüklənməsinə belə biganədir. Ümumiyyətlə, görünən odur ki, ağıllarına gələni danışanlar elə məhz Avropanın təhlükələrə sürüklənməsinə biganə olanlardır.
Merts Avropa ilə koordinasiyaya çağırır
Fridrix Mertsin sözlərinə görə, Ukrayna yalnız avropalı tərəfdaşlarla razılaşdırılaraq, koordinasiya edilərək, raketlərlə təmin oluna bilər. Artıq “belə təchizatla” onlar məşğul da olurlar. "Britaniyalılar da bunu edir, fransızlar da bunu edir, amerikalılar da bunu edir və hər halda, bu, razılaşdırılmalı, əlaqələndirilməli, koordinasiya edilməlididir", deyə Almaniya kansleri postuna namizəd qeyd edib. Deməli, Fridrix Merts açıq-aşkar şəkildə koordinasiya çağırışı edir. Özü də bu “çağırışı” ilə birbaşa olaraq, yenidən silahlanmanı, hərbi gücü nəzərdə tutur.Bununla belə, Almaniyanın ən böyük müdafiə şirkəti “Rheinmetall”-ın rəhbəri Pappergerin fikrincə, bu sursatların Ukrayna Silahlı Qüvvələrinə tədarükü münaqişənin axarını dəyişməyəcək. Müdafiə şirkətinin rəhbəri bilir ki, onsuz da hansısa silah, hansısa formada tədarük edilən sursatlar məntiqi sonluğa zərrə qədər də təsir edən deyil. Əvvəla ona görə ki, silahların nə və nə qədər olduğundan onun daha yaxşı xəbəri var və bunun mahiyyəti də ona daha çox bəllidir. Bilir ki, Almaniya “anbarlarında” həmin raketlərdən cəmi bir neçə yüz sayda var və hətta onların bir çoxu da istifadə üçün yararsızdır. Digər tərəfdən də başa düşür ki, burada məsələ silah, sursat məsələsi deyil və təsir edən məqamlar da tamamilə başqadır. Sadəcə olaraq, Mertsin koalisiya çağırışının fərqli müzakirələr üçün bir səbəb olduğu da onun özünə çoxdan bəllidir.
Qondarma koalisiya iclasında nələr müzakirə olunub?
Bundesverin yüksək rütbəli zabiti Karsten Breuer Almaniya ordusunun qarşıdakı illərdə yenidən silahlanacağını və hücuma hazırlaşdığını iddia etməklə, Rusiya ilə müharibəyə hazırlaşılacağını da bildirib. Qərb ölkələrinin siyasətçiləri və müdafiə nazirləri Brüsseldə qondarma silahlanma ilə bağlı arzu edənlərin koalisiyasının toplantısı zamanı Rusiya ilə qarşıdurma planlarını müzakirə ediblər. Həmin planlar heç də birmənalı qarşılanmayıb, baxmayaraq ki, onları dəstəkləyənlər də orada hətta olublar."2025-ci il müdafiə sənayemizin yüksəliş vaxtıdır. Ordumuzun, hökumətlərimizin güclənməsinin vaxtıdır", deyə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib. ABŞ isə öz nümayəndələrini ümumiyyətlə, “görüşə” göndərməyib. Pentaqon rəhbəri Heqset deyib ki, Amerikanın yeni prioriteti "Sakit okeanda Çini cilovlamaq, saxlamaqdır", amma sonra buna görə də Avropa ölkələri öz təhlükəsizliklərini təmin etməlidirlər.Müşahidələr məntiqi nəticələr çıxarmaq üçün yetərincə əsas verir. Ən azından Avropada olanlar narahatlıqların təzahürü kimi özünü göstərir. Səbəb də birbaşa olaraq, Amerikanın mövqeyi ilə bağlıdır. Diqqətə çaydıraq ki, Donald Trampın təmsil etdiyi yeni ABŞ administrasiyası NATO müttəfiqlərinə dəstəyi yenidən nəzərdən keçirir və bu da avropalı məmurlar arasında açıq-aşkar “panikaya” səbəb sayılır. Çünki həmin məmurlar hamıdan da yaxşı bilirlər ki, hazırda Avropa Amerikanın silah təchizatından çox asılıdır. Beləliklə, bəzi analitiklərin fikrincə, tədarük strukturundakılar yalnız 22%-i Avropa zavodlarından olan, yarıdan çoxu isə Amerika müəssisələrinin məhsullarıdır. Bütün bu statistik məqamlar da öz sözünü deyi. Hər halda, görünən, göz önündə olan rəqəmlər də çox şeydən xəbər verir. Daha dəqiq desək, Amerikadan və amerikalılardan asılılıq təkzibedilməzdir. Yəqin ki, müzakirələr də bu baxımdan təsadüfi olmayıb...
Aİ hərbi ittifaq barədə istəyini gizlətmir
Açıq-aşkar görünür ki, NATO sıralarında fikir ayrılığı var. Avropa ölkələri ABŞ-ın hərbi gücünə arxalanmağa alışıblar. Amma indi Avropa İttifaqı təkcə siyasi və iqtisadi ittifaq deyil, həm də müstəqil hərbi ittifaq olmaq istəyir. Təbii ki, onlar Rusiyaya qarşı mübarizə aparmaqla, “döyüşməklə” yanaşı, dostluq etməyi də planlaşdırırlar və bu dəfə məsələ təkcə səs-küylü bəyanatlarla məhdudlaşmır. Hollandiyada ikinci həftədir ki, təkcə “manevrlər” deyil, ruslarla əsl “toqquşmaya” hazırlıq gedir."Düşmənimizin bizimlə qarşılaşacağı əraziyə quru və dəniz qüvvələrinin tez bir zamanda çıxışını təmin edə bildiyimizə əmin olmaq bizim üçün çox vacibdir", deyə NATO-nun Müttəfiq Hava Komandanlığının komandir müavini Conni Strinqerin bildirməsi bunun, məhz haqqında qeyd olunan “hazırlığın” əyani sübutudur. Belə çıxır ki, “hazırlıq” ifadəsi təkcə sözdə deyil. Artıq hazırlıqların reallıqda da olduğu öz təsdiqini tapır. Bu reallığı nəyin ki, görmək, bilmək çətin deyil, ümumiyyətlə, bunu heç gizlədən də yoxdur. Hətta Avropanın bəzi nəşrləri belə bu barədə açıq şəildə bildirirlər. “Le Figaro” yazır ki, Fransa hərbçiləri Rumıniya ilə Ukrayna və Moldova arasında sərhəddə yerləşən ərazinin xəritələrini yeniləyib. Deməli, hərbi ittifaq olmaq istəyi ortadadır. Görünən odur ki, Aİ artıq çoxdandır hərbi ittifaq barədə istəyini gizlətmir.
Avropa ölkələrinin ordularının yenidən silahlanması xoş qarşılanmır
Martın sonunda Avropa İttifaqının rəhbərliyi müdafiə ilə bağlı iki mühüm sənəd təqdim edib. Birincisi, ümumi strategiyaları təsvir edən ağ bir kağız, ikincisi isə, Avropa hərbi-sənaye kompleksinin yenidən silahlanması və inkişafı planı olub. Bəllidir ki, birincisi, bu, mümkün qədər amerikalılardan mücərrəd şəkildə daxili müdafiəsidir. Fərdi “mübahisələr” də burada özünü göstərir. Bir növ göstərilir ki, hətta bizdə olmasa da, onu Cənubi Koreyadan, yaxud da başqa yerdən alacağıq. Hətta amerikalıların nəzərdə tutduqları da bura daxildir. Amma əsasən, təbii ki, bu, daxili qüvvələr üçün hesablanmadır. İkinci amil, əslində, Rusiyanın açıq-aşkar ekspert qarşıdurması, fəqrqli yanaşmala deməkdir.Nəzərə çatdıraq ki, Avropa ölkələrinin ordularının yenidən silahlanmasına 800 milyard avro xərclənməsi nəzərdə tutulur. Onu da vurğulayaq ki, bu, böyük məbləğdir. Bəs bunu haradan almaq planlaşdırılır? Axı bir çox Avropa ölkələri ÜDM-nin 2%-ni belə müdafiəyə ayıra bilmir, NATO nizamnaməsi onlardan bunu tələb edir. "Bu 800 milyard vəsait ayrılması çərçivəsində nə baş verəcək? Müəyyən sənaye sahələrinə birbaşa sponsorluq olacaq, üstəlik regional layihələrdən müdafiə sənayesinə vəsait yenidən bölüşdürüləcək və bu, narazılığın dərhal artacağı anlamına gəlir", deyə qeyd edən hərbi ekspertlər çox həssas məqamları da nəzərdən qaçırmırlar.Müzakirə edilən “planlar” heç də təsirsiz ötüşməyib. Mertsin Ukraynaya raket tədarükü planlarını açıqlamasından sonra Berlində müharibə əleyhinə nümayiş keçirilib. "Biz hesab edirik ki, Almaniya bir daha heç vaxt müharibəyə girməməlidir və bu silahlanmanın təbii olaraq, müharibəyə gətirib çıxaracağı bəllidir, hansıki söhbət müdafiədən yox, təcavüzkar müharibəyə hazırlıqdan gedir", deyə mitinq iştirakçısıları öz narazılıqlarını bildiriblər. Deməli, Avropa ölkələrinin ordularının yenidən silahlanması heç də xoş qarşılanmır. Ona görə xoş qarşılanmır ki, bunun, yəni silahlanmanın təhlükələr vəd etdiyi hər kəsə bəllidir. Elə məhz ona görə də Berlində müharibə əleyhinə nümayiş təsadefi sayılmır...

Müəllif: İnam Hacıyev

Digər xəbərlər