Mədəniyyət

  • 11 704

OLANLAR KEÇMİŞ OLSUN! BAŞIN SAĞ OLSUN, TÜRKİYƏ! ŞEİR

image

Dünya gəlimli-gedimli,
Dünya ölümlü-itimli
Olsa da, dünya yaşayır.
Dünya yaşamağıyla
Yaşanılan dünyanı
Dünyaya aşılayır.
Təbii fəlakətlər
Göydən, ya yerdən gəlir.
Necə göründüyü tək
Gələndə birdən gəlir.
Dağıntılar, itkilər
Olanda birdən olur.
Fərqi nədir, ya göydən
Ya da ki, yerdən olur.
Sən nələr gözləyirdin,
Nələr gəldi başına.
Nələrə düçar oldun,
Nələr çıxdı qarşına.
Çox olub Türkiyədə
Təbii fəlakətlər,
Tarixi faciələr.
Türkiyə nə yıxıldı,
Türkiyə nə də çökdü.
Odur ki, Türkiyənin
Özülü dərindədir.
Onun üçün də belə
Türkiyə yerindədir.
Olanlar keçmiş olsun,
Başın sağ olsun, Türkiyə!
Türkiyədə baş verən
Təbii fəlakətin
Yaratdığı fəsadlar,
Ağrılar, sartıntılar.
Yağmalanmış şəhərlər
Ellər, obalar, kəndlər
Və daha nələr, nələr…
Tarixi müsibətlər
Ağıla belə gəlməyən
Gələndə başa gəlir.
Gəlir vətənə, xalqa
Torpağa, daşa gəlir.
Odur ki, babalardan
Belə bir söyləmə var:
Olanda olan olur
Olacağa çarə yox.
Rəbbimiz olacağı
Olduğu kimi görür.
Onçun dərdi çəkənə,
Səbri dözənə verir.
Bu da bir imtahandı,
Bir alın yazısıdır,
Lakin bu imtahandan,
Bu tarixi sınıqdan
Əsrin fəlakətindən
Böyük türk xalqı ancaq
Alnıaçıq çıxacaq.
Olanlar keçmiş olsun,
Başın sağ olsun, Türkiyə!
Sən ey böyük Türkiyə,
Sən ey ulu Türk xalqı!
Bir Türk dövləti tək həm,
Bir Türk xalqıtək bu gün,
Dünyanın hər yerindən
Görünür böyüklüyün,
Görünür tarix boyu
Ədalətli olduğun,
Kimsəsiz məzlumların
Qayğısına qaldığın,
Görünür, zülmə qarşı
Qətiyyətli olduğun.
İnsana, insanlığa
Mərhəmətli olduğun.
Haqq üçün Türkiyə hər vaxt
Haqq, ədalət yolçusudur.
Dostluq, qardaşlıq, birlik,
Sülh, ədalət, carçısıdır.
Odur ki, yer üzünün
Dünyanın hər yerindən,
Türkiyəyə yönəlib
Nəzərlər yerbəyerdən.
Türkiyənin səsinə
Bütün dünya səs verir.
Sabaha inam əzmiylə,
Yeni bir həvəs verir.
Üz tutaraq Türkiyəyə
Bütün xalqlar və ölkələr,
Öndə qardaş Azərbaycan,
Yaxın-uzaq dost bölgələr.
Maddi-mənəvi, həm də
Humanitar dəstək göstərir.
Xilasediciləriylə
Fiziki kömək göstərir.
Qazıntılar, axtarışlar,
Dağıntılar altda qalan
Çıxarılır sağ-salamat
Nəfəsi üstündə olan.
Çıxarılır gecə-gündüz
Neçə-neçə yaşlı, cavan
Neçə-neçə uşaq, gənc, həm
Süd qoxulu, körpə olan.
Bütün dünya Türkiyənin
Darda köməyinə gəlir.
Demək, dünyada Türkiyə,
Türkiyə kimi sevilir.
Türkiyə Azərbaycanın
Ruhundadır, qanındadır.
Qardaş Türkiyənin hər vaxt
Azərbaycan yanındadır.
Bir bu qədər ki, diqqətə,
Həm qayğıya layiq olan
Humanistlər kimi hətta,
Düşmən də qeydinə qalan
Türkiyə sarsılarmı heç?
Türkiyə yıxılarmı heç?
Türkiyə dünyaya çox vaxt
Öz dərdini sərgiləmir.
Onçun xalqlar köməyini
Türkiyədən əsirgəmir.
Türk və dünya tarixində
Türkiyə faciələr görüb.
Qalxıb öz kökü üstündə
Tarixə töhfələr verib.
Ağır sınaqlardan çıxıb
Hər vaxt ayaq üstə durub.
Çətin günlərin belə
Mətinliklə başa vurub.
Vaxt o vaxt yox, türk o türkdü
Bu da bir sınaqdır, ancaq
Türkiyə bu sınaqdan da
Qəhrəmanlıqla çıxacaq.
Böyük Türk xalqının hər vaxt
Ürəyinin təpəri var.
Ərdoğan xalq birliyinin
Qürur verən hünəri var!
Olanlar keçmiş olsun,
Başın sağ olsun, Türkiyə !

09-11 fevral 2023-cü il
ŞƏMİSTAN GÖYCƏLİ (Əliyev)

Digər xəbərlər