Mədəniyyət

  • 5 096

Azərbaycan Əsgəri Azərbaycan Zabiti

image

Valeh Sefiyev

Azərbaycan Əsgəri

Azərbaycan Zabiti

Öz müstəqilliyi və tərəqqisi üçün, öz şöhrətinin ən parlaq illəri üçün Azərbaycanın əbədi borclu olduğu Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin zəka və iradəsinin varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin şərəfinə

(Müəllifin "Yazdır Şəhid Anası" poemasından bir hissə)

Silaha sarıldılar...

Sırada dayandılar...

Onlar tək-tək öldülər!

Tarixi keşməkeşli-

Faciələrlə dolu,

Möhtərəm, qədim, ulu

Xalqımıza əbədi

Ölməzlik qazandılar. -

Şərəf-şan qazandılar.

Qüdrətli Azərbaycan! -

Əsrin hesablaşdığı

Yurd, ünvan qazandılar.

Onlar tək-tək öldülər! -

O ərlər, o igidlər,

O qəhraman şəhidlər

Bizə ruh, həyat verib ,

Nəfəs, qol-qanad verib,

Xəcalət tərimizi

Alnımızdan sildilər.

****

Qarı düşmənlərimiz

Susmaq bilmirdi hələ.

Darmadağın edilib

Təslim olsalar belə

Yıxılıb ölmürdülər -

Ağıla gəlmirdilər.

Bizim qələbəmizi,

Şanlı zəfərimizi

Həzm edə bilmirdilər.

Zaman kəlbətin idi,

Qolu zora düşmüşdü.

Çünki "Artsax" sevdası

Mənfur ermənilərin

İliyinə, qanına,

Sümüyünə, canına

O qədər geyişmişdi,

Onu oradan çəkib

Çıxartmaq çətin idi.

"Kiş!.. Kiş!.." ilə heç zaman

Çıxmaz donuz darıdan ! -

Bu söz yadigar qalıb

Bizə ata-babadan.

Qulağımızda sırğa,

Yadımızdadır hər an .

Elə bu an, bu zaman

Bir səda gəlir haqdan:

- Şair, vaxtımız azdır ;

Tuş gəlməmiş qınağa

Fikrini aydın söylə

Gen gəz söz oynatmaqdan.

..."Kiş!.. Kiş!.." ilə heç zaman

Çıxmaz donuz darıdan ! -

Döğurdan da beləymiş ! -

30 il davam edən

Danışıqlar, söhbətlər

Hamısı küy -kələymiş !..

Divan-dərə, haqq nədir?..

Torpaq qaytarmaq nədir?..

Murdar düşmənlərimiz

Şiniyib durmuşdular ;

Elə qudurmuşdular

Özlərinə qəhraman,

İgid, cəbhələr yaran

Qoçaq xalq deyirdilər.

Bizə məğmun, cürətsiz,

Cəsarətsiz, taqətsiz,

Qorxaq xalq deyirdilər...

Qəddar düşmənlərimiz

Döyüş meydanlarında

Dəmir yumruğumuzun

Zərbəsindən sarsılıb

Sarsaq olandan sonra;

Naçar, əlacsız qalıb

Sarsaq, sərsəm gözləri

Yaşla dolandan sonra

Daldalıqda, batində -

Damda, divar dibində

Zülüm-zülüm ağlayıb ,

İtib-batanlarına

Matəm, hüzn saxlayıb

Aşkarlıqda, zahirdə

Hovl edib bir də, bir də

Sağ yana hürürdülər,

Sol yanı qapırdılar.

Tribunalar qurub,

Əfsanələr uydurub

Nağıllar demək ilə,

Fəryad eləmək ilə

Təsəlli tapırdılar :

- "Dünən ağlatdığımız ,

Diri-diri alova,

Tonqala atdığımız

Adamlar deyil bunlar

Ayrı çinlər, poqonlar,

Ayrı gözlər, qeyzlər,

Ayrı hiddətlər, hirslər,

Ayrı əllər var burda.

Harda görünüb, harda ?!.

Deşmir top mərmisi də ! -

Nəsildəndir, zatdandır -

Sinə də poladdandır

Bu ayrı adamlarda.

İrəvan qan ağlayır:

Tək qalıb təklənmişik,

Qırılib tükənmişik .

Başımız nələr çəkir?!

Dünya da bunu görür.

Ancaq "Böyük bacımız"

Bizə xəbər çatdırıb

Təzə tapşırıq verir:

- Ağrıdağ orda qalıb, -

Çətində, darda qalıb.

Nə Qarbağ, nə filan?!..

İndi daha möhtəşəm,

Əzəmətlidir plan.

Daha genişdir meydan.

Daha böyükdür imkan.

Laçında, Kəlbəcərdə,

Şuşada, Ağdərədə,

Ağdam deyilən yerdə,

Daşaltıda, - orada! -

Daha harda, harada?!..

Gözlərindən o dəhşət,

Qorxu çəkilib məgər?

Xocalı faciyəsi! -

Ağrımır, qövr eləmir?!..

O cur dərin yaranın

Hovu çəkilib məgər?

Rahatlıq tapa bilməz,

Arxayın yata bilməz.

Qalxıb qorxaq əlləri

Silah da tuta bilməz

Sinəsindən vurmuşuq,

İnadını qırmışıq,

Gözlərinin tovunu

Çoxdan almışıq türkün.

İndi bu saat, bu gün

Bizim tərəfimizdə,

Qolumuzun gücüdür,

Yanımızdadır Zaman.

Burnunu ovmaliyiq,

Birbəbir qovmalıyıq, -

Biz Türkün ayağını

Kəsməliyik Qafqazdan!

Hələlik, canı budur

Sualımın, sorğumun:

Cumun, Bakıya cumun! -

Çəkinməyin, qorxmayın,

Yubanmayın, amandır.

Yaddaşınızdan silin

Sehrkarı, sehri .

Arxayın olun, bilin,

Dilsiz qoyunun yemi

Arpadır, vələmirdir.

O ayrı adamların

Sinəsinin zirehi

Nə daşdır, nə dəmirdir, -

Çitdəndir, cunadandır.

Qorxub "çit"dən, "cuna"dan

Qaçmaq olmaz meydandan

Hər əli silahlıdan -

Qaraltıdan, kölgədən

Xoflanmayın, hürkməyin,

Ayaq geri çəkməyin.

Cumun, Bakıya cumun!-

Elə ki, Bakımızı

Qoşun çəkib aldınız,

Orada Şaumyana -

O şanlı qəhramana

Başı göylərə çatan

Bir heykəl ucaldınız...

...Biz də axmaq deyilik ; -

Qanmaz uşaq deyilik

Biz də çörəyimizi

Qulağımızla deyil.

Ağzımızla yeyirik .

Bu gün bütün dünyaya

Car çəkirik, deyirik,

Dünyada hamıdan çox

Bizə ürəyi yanan,

Arxamızda dayanan

Öz "süd anamızı"da

Xəbərdar eləyirik. -

Təkrar-təkrar deyirik:

- Dünən ağlatdığımız,

Diri-diri alova,

Tonqala atdığımız

Adamlar deyil bunlar.

Ayrı çinlər, poqonlar,

Ayrı şərtlər, diktələr

Ayrı nitqlər, hikkələr,

Ayrı dillər var burda.

Belə güc, belə qüdrət ,

Belə cürət, cəsarət

Harda görünüb, harda?

Deşmir top mərmisi də! -

Nəsildəndir, zatdandır -

Sinə də poladdandır

Bu ayrı adamlarda.

Şübhəsiz, bu adamlar

Ayrı yandan gəliblər.

Biz başı batmışların,

Günləri qara gəlib

Bəxtləri yatmışların

Heç xəbəri olmayıb. -

Bəlkə də bu adamlar

Lap bizim yanımızdan:

Elə bu İrəvandan,

Ya da köhnə yurdumuz

Dost Livandan gəliblər?!..

Düşüncəmiz yorulub,

Gözlərimiz kor olub

Qaramı basır bizi? -

Heç tanıya bilmirik

Özümüz özümüzü.

Nə deyək zəmanəyə?

Bizim taleyimizi

Yazan belə yazıbdır.

Bəd yuxular görürük ;

Bizim bəd yuxuları

Yozan belə yozubdur:

- O, ayrı adamların -

Onların şikarıyıq!

Ərəsati-məhşəri

Haçan yada salmışdıq?

Dünən o vurhavurda

Çox adamların burda

Biz canını almışdıq!

Əvəzini onlara -

O ayrı adamlara

Birə min qaytarırıq.

Qartal kimi şığıyıb

Ley kimi gəlir onlar

Səmadan üstümüzə .

Başımız bəladadır

Torpaq çəkir kamına,

Göy durub qəsdimizə.

Naləmizi eşidib ,

Yəqin, fəryadımız da

Ona çatıb, yetişib .

Olsa lap Ərzurumda,

Yubanmasın bir an da

Qoy gəlsin Qara keşiş

Bu meyidləri yusun.

Bitib, tükənib daha

Bizim iqtidarımız

Boğazımız kəndirdə ;

Hanı, hanı, bəs hanı

Tiqran babalarımız?!..

Bəlkə qalxıb məzardan

Bir quru canımızı

Onlar qurtarsın dardan?!...

Müdhiş həyatımızı

Onlar yoluna qoysun?!...

Axı: "Vurun!.. Öldürün!..

Parçalayın!.. Dağıdın!..

Qan tökün!.. Qan axıdın!.." -

Onlar bizə demişdi -

Vəsiyyət eləmişdi,

Kitablarda yazmışdı,

Daşlar üstə qazmışdı..."

...Bəli, bu minval ilə

Bu hal, bu əhval ilə

Qəddar düşmənlərimiz

Bizim ağır, möhtəşəm

Dəmir yumruğumuzun

Zərbələri altında

Başlarını itirib,

Zarıyıb, inildəyib

Sayıqlayirdı belə.

Murdar ağızlarına

Gələni deyirdilər. -

Guya düz edirdilər.

Anlamırdılar hələ

Sözün ucundan tutub

Ucuzluğa, heçliyə,

Puçluğa gedirdilər.

Nə var, nə var ortada? -

Fürsət getmişdi bada.

Yüz illik bəyanatlar,

Qərarlar, hesabatlar,

Fərziyyələr, gümanlar,

"Dəqiq", hazır planlar

Başdan ayağa kimi

Xatalı, səhv olmuşdu:

O "Böyük Ermənistan!" -

Yüz illərin xülyası

Yüz minlik ordumuzun

Sücaəti önündə

Yüz yox, heç 44 gün də

Duruş gətirməmişdi -

Əbədi məhv olmuşdu.

...Bəşər ayıqlığını

Hələ itirməmişdi.

Bütün dünya görürdü:

Ərzin suallarına,

Əsrin suallarına

Mükəmməl, aydın, dürüst

Ali Baş Komandanım

Özü cavab verirdi.

Rəhbərimin dilindən

Hamı bunu eşitdi

Yer də, Göy də şahiddi:

- Qələbəni qazanan

Vətən oğullarının

İgidliyi, mərdliyi

Qüdrəti, hünəriydi!-

Bu söz başdan, binadan

Ali Baş Komandanın

Dilinin əzbəriydi

Rəhbərimiz dünyanın

Harasına gedirdi

Böyük iftixar ilə

Haqqı bəyan edirdi.

Xalqımın qüdrətindən

Bütün dünya xalqları

Xəbərdar olurdular

Bizi istəməyənlər,

Bu gün də lovğalanıb

Qan-qan deyən düşmənlər

İcəridən burxulub,

Əzilib, ovxalanıb

Tarımar olurdular.

Dərin bir köks ötürüb

"Bu nədir?!" deyirdilər.

Qara dəsmal götürüb

Qara da geyirdilər.

Bu döyüşün, zəfərin

Birinci qəhrəmanı

Azərbaycan zabiti,

Cəsur əsgəri idi.

Bütün qələbələrin

Bünövrəsi, əsası

Onların cəsarəti,

Əzmi, hünəri idi.

Ən keçilməz sədləri,

Bəndləri qırırdılar.

Qranit qayaları

Öz yumruqları ilə

Onlar dağıdırdılar.

Ayrı adamlar kimdir?

Zaman Ali hakimdir;

Ağ da bəlli, qara da.

Yüz il bundan sonra da

Bu torpağı ələyin,

Ələk-vələk eləyin

Misqal-misqal yoxlayın. -

Hesabı itirməyin,

Yadınızda saxlayın :

Aslan ruhu, cürəti,

Coşqunluğu, şiddəti -

Bizim qanımızdır O.

Bizim atəşimizdir,

Həyacanımızdır O.

Bizim torpağımıza,

Öz Qarabağımıza

Öz qanımız tökülüb.

Döğma Vətənimizdə

Öz qanımız bu qədər

Ətirli,təravətli,

Şöhrətli, şərafətli

Çiçək açıb, gül olub .

****

Onlar tək-tək öldülər! -

O ərlər, o igidlər,

O qəhraman şəhidlər

Vətəni azad görüb,

Bəxtiyar, abad görüb

Rahat, əmin, arxayın

Razılıq, sevinc saçan

Böyük bir coşqu ilə

Vətənin qarşısında

Min dəfə baş endirib

Halallıq istədilər:

- "Başın sağ olsun, Vətən!

Haqqını halal eylə.

Biz səfər üstündəyik,

Mənzilimiz uzaqdır,

Yol gedirik!"dedilər -

Halallıq istədilər.

Onlar tək-tək öldülər! -

O ərlər, o igidlər,

O qəhraman şəhidlər

Yer üzündə, dünyada

Çox şər-xata gördülər,

Çox qan-qada gördülər.

Bütün Yer aləmini -

Bizi bəyənmədilər -

Göylərdən gəlmişdilər,

İlahi dərgahına -

Göylərə çəkildilər.

Digər xəbərlər