PDF Oxu

İqtisadiyyat

  • 3 166

“Azərişıq” Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir - VİDEO - FOTOLAR

“Azərişıq” Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir - VİDEO - FOTOLAR

İşğaldan azad edilən bütün regionlarda olduğu kimi, “Azərişıq” Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir. SİA-nın quruma istinadən verdiyi məlumata görə, həyata keçirilən yenidənqurma işləri çərçivəsində Ağdamda keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı üçün müasir standartlara uyğun, yeni elektrik şəbəkəsi qurulur.

Bildirilir ki, Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə Ağdam şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.

Hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. İşlərə cəlb edilən əməkdaşların əksəriyyəti elə Ağdam sakinləridir.

Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi Şəhərsalma Planına əsasən aparılır.

Qeyd edək ki, Azərişıq” ölkənin bütün regionlarında paralel şəkildə yenidənqurma işlərini davam etdirir. Məqsəd vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Digər xəbərlər

Avropa Rusiya qazına “krest” qoyub
Avropa Rusiya qazına “krest” qoyub

Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…

Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib
Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib

Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...